Bu, dünya əhalisinin məhvinə səbəb ola bilər - XƏBƏRDARLIQ

Bu, dünya əhalisinin məhvinə səbəb ola bilər - XƏBƏRDARLIQABŞ-ın 18 kəşfiyyat qurumu iqlim dəyişikliyinin Amerika və qlobal təhlükəsizliyə yaratdığı təhlükə ilə bağlı 27 səhifəlik hesabat yayımlayıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hesabatda iqlim dəyişikliyinin səbəb ola biləcəyi fəlakətlərin qlobal qeyri-sabitliyə gətirib çıxaracağı, planetdə güc balansının dəyişə biləcəyi bildirilib.
"İqlim Dəyişikliyi üzrə Milli Kəşfiyyat Proqnozu" adlı sənəddə deyilib ki, iqlim dəyişikliyi səbəbindən geosiyasi gərginliklər artdıqca ABŞ-ın milli təhlükəsizlik maraqları üçün risklər də artacaq.
Sənəddə qeyd edilib ki, inkişaf etməkdə olan ölkələr ABŞ-ın diplomatik, iqtisadi, humanitar və hərbi resurslarından əlavə tələblər irəli sürəcək, lazımi tədbirləri maliyyələşdirə bilməsələr, iqlim dəyişikliyinin ən ağır nəticələri ilə üzləşəcəklər.
Hesabatda həmçinin təhlükəsizlik, iqtisadi və hərbi risklərin nə vaxt və harada yarana biləcəyinə dair proqnozlar da yer alıb. Şimal Qütbünün buz təbəqəsi əridikcə, Şimal Buzlu okeandakı gəmiçilik yolları və bölgədəki təbii sərvətlər uğrunda qlobal qarşıdurma riskinin artacağı ehtimal edilir.
Yaxın Şərq, Cənubi Asiya, Mərkəzi Afrika, Mərkəzi Amerika və Sakit okeandakı ada ölkələri iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalacaqları bildirilib.
Hesabatda iqlim dəyişikliyi ilə bağlı miqrasiyanın digər böyük narahatlıq mənbəyi olduğu deyilib, eyni zamanda, dünyada əhalinin çox olduğu bölgələrin yaşayış üçün yararsız hala düşə və insanları köçə məcbur edə biləcəyi bildirilib.
Hesabatda iqlim dəyişikliyinin qlobal qeyri-sabitliyə səbəb olacağı, bunun da planetdəki güc balansını dəyişə biləcəyi vurğulanıb.
Sənəddə həmçinin iqlim dəyişikliyinin bəşəriyyət üçün ən böyük təhlükəsizlik riski olduğu, nəzarət edilməzsə, dünya əhalisinin və iqtisadiyyatların məhvinə səbəb olacağı iddia edilib.

Dünya       Tarix: 24 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler şou biznes xəbərləri xeberlər bugünki xəbərlər