Bu əmzilklər zərərlidir - Pediatrdan ÇAĞIRIŞ
"Pul qazanmaq üçün icad edilən pis məhsullardan biri də içinə meyvə qoyulan əmziklərdir".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb. Həkim bu əmziklərin əsasən bir yaşa kimi daha çox ziyanlı olduğunu bildirib: "Bir yaşdan sonra isə zatən lazım deyil. Nədir bu? İçərisinə meyvə tikəsi qoyulur və uşaq əmdikcə meyvənin suyunu çəkir. Nə baş verir? Uşaq meyvə şirəsi içmiş olur. Bu isə faydasız, hətta zərərlidir. Uşaq təmiz şəkər qəbul edir. Bu isə lap zərərlidir. Uşaq əmmək işi ilə məşğul olur, halbuki ona çeynəməyi öyrətmək lazımdır. Uşaq xoş dad ilə vaxtını keçirməkdən zövq alır. Bu isə arada şokolad ya dondurma yeməyə bənzəyir. Şokolad ya da dondurma yeməklə gərginliyi azaltmaq üçün zövq yaşamaq körpə üçün lazımdırmı? Əlbəttə, yox. Hələ bunun psixoloji mənfi tərəfləri üst-üstə yığılacaq. Bəs insan oğlu bu əcaib üsulu niyə kəşf edib analara təqdim etdi? Çünki insan oğlu qazanmaq, daha çox qazanmaq üzərindən düşünür. Düşünür və tapır. Necə etsin ki, alan ana da razı qalsın, öz rəfiqəsinə də məsləhət görsun. Deyəcəklər ki, uşağın damağı qaşınır, içində də dadlı meyvə olunca onunla çoxlu massaj edir, sakit qalır. Ananın da başı sakit olur, amma başı sonra ağrıyacaq, uşaqda bir sıra fiziki və psixoloji sağlıq problemləri ortaya çıxanda"...
Pediatr valideynlərə müraciət edərək onları belə zərərli məhsullardan istifadə etməməyə çağırıb.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar