Bu ərazidə binalar söküləcək, sakinlərə pul veriləcək
Xəbər verdiyimiz kimi, Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək. Birinci mərhələdə Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. İkinci mərhələ isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir.
Bəs həmin binalarda yaşayanların taleyi necə olacaq?
azxeber.com xəbər verir ki, bu barədə Ajans.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev deyib ki, hazırda hər hansı binanın qəzalı olması ilə bağlı FHN-nin rəyi lazımdır:
"Əgər varsa, o binalar özəl şirkətlər tərəfindən sökülərək yeni binalarla əvəzlənir. Bu zaman mənzil sahiblərinə yeni mənzilə köçənə qədər kirayə pulları ödənilir.
Hazırda Bakı şəhərində minlərlə istismar müddəti bitmiş çoxmənzilli yaşayış binaları var ki, onların hər birini söküb tikmək uzun illər tələb edir. Bu baxımdan çox qəzalı vəziyyətdə olmayan binaların yenidən restavrasiya olunması onların dayanıqlılığını artıracaq, ömürlərini uzadacaq.
Bu proses daha əvvəl başlamalı idi ki, həmin binalar daha da qəzalı vəziyyətə düşməsin. Bu binaların yenidən təmir olunması onların qiymətlərini də yüksəldəcək".

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi