Bu ərazidəki 5 mərtəbələr söküləcək
Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində hündür mərtəbəli binalar tikiləcək.
KONKRET.az xəbər verir ki, Valyuta.az-ın əldə etdiyi məlumata görə, buna səbəb yeni təqdim olunan Bakının Baş palanına əsasən Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır.
Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək.
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.
Qeyd edək ki, Bakı bulvarının "Ağ şəhər"dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR