Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI

Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI"Bu gün Xırdalan və Masazır kimi istiqamətlərdə yeni metro xətlərinin yaradılmasına baxmaq mümkündürsə, məsələn, Zabrat ərazisində yeni metro stansiyalarının yaradılmasını, metro xəttinin o ərazilərə qədər aparılmasını səmərəli hesab etmirik. İndiki konsepsiyamızda bu yoxdur".
Bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O qeyd edib ki, yeni stansiyaların yerləri müəyyənləşərkən ilk növbədə hər bir stansiyanın verə biləcəyi töhfə, yəni onun effekti nəzərə alınır:
"Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, şəhərin mərkəzinin yükü azalsın. İndi mərkəzi stansiyalar rolunu ən çox "28 May" və "Sahil" stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir. İlkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir, yəni, şəbəkəni şaxələndirməkdir. "28 May" stansiyasına keçid stansiyası olaraq "Cəfər Cabbarlı" stansiyası mövcuddur. 2030-cu ilədək "Nizami", "Sahil" və "Xətai" stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə artıq şəhər ətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək". / azxeber.com

Sosial       Tarix: 28 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabarlar cəbhədən son durum cəbhədən son xəbər ən son xəbərlər bugün