Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçirilibBakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Bu barədə azxeber.com-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə "ağıllı" saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

Sosial       Tarix: 17 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

Dünya bazarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. KONKRET.azxəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-c

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki

Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb

Cəlilabadda montyoru elektrik cərəyanı vurub. Hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu meherremlik 2026 azerbaycan son xeber bugun xəbər.az