Bu gün Azərbaycan Beynəlxalq Bankının yaranma günüdür

Bu gün Azərbaycan Beynəlxalq Bankının yaranma günüdürBu gün Azərbaycan Beynəlxalq Bankı özünün yaranma gününü qeyd edir. Bank 28 il əvvəl, 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb. Hazırda bir çox göstəricilərinə görə ölkəmizin və ümumilikdə Cənubi Qafqaz regionunun aparıcı maliyyə institutudur.
Yeni inkişaf mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı 2019-cu ili də uğurlu nəticələrlə başa vurub və aktivlərinin həcminə, gəlirlilik səviyyəsinə görə liderliyini qoruyub. Belə ki, 31 dekabr 2019-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 9,22 milyard manat təşkil edib. İl ərzində bankın kapital mövqeyi daha da güclənib və mənfəətliliyi  qorunub. Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 2019-ci il ərzində artaraq 1.13 milyard manatı ötüb. İl ərzində kredit portfeli 450 milyon manat artaraq 2.37 milyard manata çatıb.
Qeyd edək ki, bir neçə illik fasilədən sonra bank ötən il ilk dəfə olaraq 2018-cı ilin maliyyə nəticələrinə əsasən öz səhmdarlarına 150 milyon manat dividend ödəyib. Bu il isə Azərbaycan Beynəlxalq Bankı sağlamlaşdırma prosesindən sonra ilk dəfə dövlət büdcəsinə iri məbləğdə mənfəət vergisi ödəyəcək.
Sistem xarakterli universal bank olan Azərbaycan Beynəlxalq Bankı real sektorun maliyyələşdirilməsində yaxından iştirak edir, kiçik və orta biznesin inkişafı, ölkəmizdə nağdsız ödəniş ənənələrinin genişləndirilməsindən ötrü davamlı layihələr həyata keçirir, müxtəlif sahələr üzrə cəmiyyətə fayda vermək üçün korporativ sosial məsuliyyət proqramları reallaşdırır.  
Güclənən rəqabət mühitində bankın bazar mövqelərinin daha da möhkəmləndirilməsi, xidmət və məhsullarda innovativ texnologiyaların tətbiqi, müştəri məmnuniyyətinin əldə olunması üçün ötən ilin sonlarından etibarən Azərbaycan Beynəlxalq Bankının yeni inkişaf strategiyası həyata keçirilməkdədir. Beynəlxalq məsləhətçilərin iştirakı ilə hazırlanmış strategiya 2022-ci ilə qədər qarşıya qoyulmuş əsas hədəfləri nəzərdə tutur. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:  "Başlıca hədəflərimiz mükəmməl rəqəmsal təcrübəmizlə tanınmaq, korporativ və pərakəndə sahədə ölkənin lider banklarından olmaq, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində rəqabətədavamlı bazar payına sahib olmaq, yüksək müştəri məmnuniyyəti qazanmaq, bank sektorunda ən yaxşı işəgötürən olmaq və əməliyyat gəlirliliyimizi ikiqat artırmaqdır. 2022-ci ilə qədər bu hədəflərə  çataraq Azərbaycan Beynəlxalq Bankının bu günü və gələcəyinə olan yüksək inam və ümidləri doğruldacağıq".
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. /news.milli.az

İqtisadiyyat       Tarix: 10 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy


son xeberler azerbaycan xeberleri yeni xeberler en yeni xeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri valyuta mezennesi