Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilir
Bu gün Azərbaycanda növbədənkənar Prezident Seçkiləri keçirilir.
KONKRET.az xəbər verir ki, bugünkü növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Seçkilərdə 6 milyon 300 mindən artıq seçici siyahıya alınıb. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Bu seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.
Azərbaycanın xaricdə olan 37 nümayəndəliyində 49 seçki məntəqəsi yaradılıb.
Prezident seçkilərini işıqlandırmaq üçün 63 beynəlxalq media qurumu, 119 xarici jurnalist qeydiyyatdan keçib.
Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib.
Səsvermə səhər saat 08.00-dan axşam saat 19.00-a kimi keçiriləcək.
Növbədənkənar prezident seçkisində saat qurşağına görə səsvermə ilk olaraq Cənubi Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində başlayacaq.
Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində, yəni fevralın 17-dək prezident seçkilərinə yekun vurulmasını və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir.
Seçki günü ölkə ərazisində qeyri-iş günüdür.

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir