Bu gün "Azəriqaz"ın qəbul etdiyi qazın həcmi rekord həddə çatıb

Bu gün "Azəriqaz"ın qəbul etdiyi qazın həcmi rekord həddə çatıbBu gün "Azəriqaz" İstehsalat Birliyinin abonentlərin qazla təminatı üçün qəbul etdiyi qazın həcmi rekord həddə çatıb.
Open.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, ilk dəfədir ki, noyabr ayında belə göstərici qeydə alınır.
Belə ki, 23.11.2019-cu il tarixində Birlik üzrə cəmi qəbul olunan qazın həcmi 32 milyon 994 min kub metrdən çox olub. Bundan Bakı və Abşeron yarımadasının payına 18 milyon 295 min kub metr, regionların payına isə 14 milyon 699 min kub metr düşüb.
"Ötən il noyabr ayının 23-də "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 25 milyon 529 min kub metr olub. Həmin dövrlə müqayisədə günlük artım 7 milyon 465 min kub metrdir. O cümlədən, Bakı və Abşeron yarımadası üzrə ötən ilin eyni günü ilə müqayisədə artım 2 milyon 939 min kub metr, regionlar üzrə isə 4 milyon 526 min kub metr olub.
Ötən gün - noyabrın 22-i ilə müqayisədə bu gün 1 milyon 526 min kub metr çox qaz qəbul olunub. 22.11.2019-cu il tarixində "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 31 milyon 468 min kub metrə bərabər olub.
Qeyd edək ki, soyuq aylarda qaz sərfiyyatının günlük olaraq 35 milyon kub metri keçməyəcəyi proqnozlaşdırılırdı. Lakin mövcud vəziyyət gözləntilərdən fərqli rəqəmlərin ortaya çıxacağına ehtimal yaradır. Buna baxmayaraq "Azəriqaz" İB qışa hazırlıqla bağlı önləyici tədbirləri də diqqətdə saxlayıb. Ona görə də qaz təchizatında hər hansı bir problemin yaranmaması, rejimlərə uyğun normal qaz təminatının həyata keçiriləcəyinə çalışılacaq" deyə, məlumatda bildirilib. /open.az

Hadisə       Tarix: 24 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib. KONKRET.azxəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən narkoti

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber bu gunun xeberleri son xeberler bugun en son xeberleri