Bu gün Litvada NATO-nun sammiti başlayır

Bu gün Litvada NATO-nun sammiti başlayırBu gün Litvanın paytaxtı Vilnüsdə NATO-nun növbəti sammiti başlayır.
KONKRET.azxəbər verir ki, toplantıda Alyansa daxil ölkələrin liderləri iştirak edəcək.
Vilnüs vaxtı ilə saat 13:30-da rəsmi salamlama olacaq. Alyansın Baş katibi Yens Stoltenberq və Litva Prezidenti Gitanas Nauseda ayrı-ayrılıqda bütün liderlərlə görüşəcəklər. Ardınca ailə fotosu çəkiləcək. Saat 15:30-da açılış mərasimi keçiriləcək. Təxminən 1 saat sonra Estoniya, Latviya, Litva arasında hava məkanının təhlükəsizliyi ilə bağlı əməkdaşlıq bəyannaməsi imzalanacaq.
Saat 17:30-da Y.Stoltenberq mətbuat konfransı keçirəcək. Bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Yarım saat sonra müdafiə nazirlərinin iclası baş tutacaq.
Saat 19:00-da dövlət və hökumət başçılarının rəsmi şam yeməyi olacaq.
Vilnüs sammitində bir neçə məsələ müzakirə olunacaq. Onlar beynəlxalq təhlükəsizliyə cari təhdidlər fonunda, xüsusən də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə əlaqədar Şimali Atlantika Alyansının üzləşdiyi çağırışlara aiddir.
Sammitin gündəliyində aşağıdakı mövzular var:
1. Alyans yeni regional müdafiə planları, yeni qüvvə modelləri və sürətli reaksiya bölmələrinin sayının artırılmasını təsdiq edəcək.
2. Ukraynaya dəstək.
3. Müdafiə İnvestisiyaları – NATO üzvü olan ölkələr müdafiə qabiliyyətini artırmaq üçün hər il ÜDM-nin ən azı 2%-ni xərcləyəcəklər.
4. Tərəfdaşlıq məsələləri – Avropa, Hind-Sakit okean regionu və beynəlxalq təşkilatlar, o cümlədən Aİ-dəki tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi. İsveçin NATO-ya daxil olması məsələsi.
5. Təhlükəsizlik çağırışları – iqlim dəyişikliyi üzrə fəaliyyət planının razılaşdırılması, kritik infrastrukturun mühafizəsi sahəsində Aİ ilə əməkdaşlığın genişləndirilməsi. Ən son texnologiyaların, o cümlədən süni intellektin, avtonom sistemlərin və kvant texnologiyalarının inkişafı üçün investisiya fondunun yaradılması.
Alyans Ukraynaya nə təklif edə bilər?
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyansa üzv olan ölkələr Ukraynanın qələbəsini təmin etməyi ən mühüm vəzifə hesab edirlər. Ona görə də Rusiya ilə müharibədə qələbə NATO-ya daxil olmaq məsələsinin mənalı müzakirəsi üçün şərt olacaq. Amma Vilnüs sammitində Alyansın üzvləri Kiyevə güclü dəstək siqnalı verəcəklər.
O vurğulayıb ki, Vilnüsdə müttəfiqlər Ukrayna üçün üç elementdən ibarət paketi razılaşdıracaqlar: uzunmüddətli perspektivdə dəstəyin artırılması – Ukrayna və NATO silahlı qüvvələrinin tam qarşılıqlı fəaliyyətini təmin edəcək çoxillik yardım proqramı var.
Sammit çərçivəsində liderlərin ikitərəfli görüşləri gözlənilir.
Qeyd edək ki, toplantı 2 gün davam edəcək və sabah, iyulun 12-ə də başa çatacaq.//Report

Siyasi       Tarix: 11 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeber.az novruz bayramı cebheden xeber