Bu gün şəhid olan Tahirin qardaşı da əsgərdir
Bu gün Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət alaraq həlak olan əsgər Əliyev Tahir Çingiz oğlu ilə bağlı yeni faktlar məlum olub.
azxeber.com "modern.az"a istinadən xəbər verir ki, şəhid əsgər Ağstafa rayonunun Xətai kəndində doğulub boya başa çatıb.
Ailədə iki oğlan övladı olublar. Onun qardaşı bu ilin iyul ayında hərbi xidmətə yola düşüb. Xidmət zamanı bədbəxt hadisə nəticəsində həyatını itirən əsgər ailəsinin istəyi ilə Ağsatafa rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Tahir Çingiz oğlu Əliyevin üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qanunvericiliyə əsasən, hər iki əsgərə şəhid statusu veriləcək.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var