Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür.
Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Mollakamallı kəndində doğulub.
1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
Təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən gənc aktyor bu teatrın səhnəsində Vəzir ("Lənkəran xanının vəziri", M.F.Axundzadə), Qulu ("Tamahkar", S.S.Axundov), Milis ("Bəxt üzüyü", V.Səmədoğlu), Həfçi Məlik ("Adamın adamı", Anar), Sərsəri ("Bütün Şərq bilsin", N.Həsənzadə), Dursunəli ("Dursunəli və balıbadı", S.Qənizadə) və s. müxtəlif səpkili rollar oynayıb.
1990-cı ildə Akademik Milli Dram Teatrının heyətinə qəbul edilən Əjdər Həmidov bu sənət ocağında bir-birindən maraqlı obrazlar ilə çıxışlar edib.
Aktyor bu illər ərzində Şeytan ("Özümüzü kəsən qılınc", B.Vahabzadə), 1-ci kafir ("Burla Xatun", N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları", H.Orucov), Vanya yüzbaşı, Müxbir, Fərəc, Almurad ("Hökmdar və qızı" - "Qarabağnamə", "Dəlilər və ağıllılar", "Boy çiçəyi", "Mənim günahım" İ.Əfəndiyev), Məşədi Oruc, Hacı Kazım, Məkkə Məhəmməd ("Ölülər", "Dəli yığıncağı", C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ sevirəm deməmişdilər", R.Novruz), Dito ("Kaş araba aşmayaydı", O.İoseliani), Əmir ("Füzuli və Əsmər", M.Seyidzadə), Əzrail ("Teleskop", Elçin), Yəhudi ("Qadın məhəbbəti", V.Hüqo), Nəcəf ("Qurbətdən gələn məktublar", H.Həsənov), Balarza ("Almaz", C.Cabbarlı) və başqa müxtəlif xarakterli obrazlarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Kinoda da özünəməxsus aktyor oyunu ilə seçilən Əjdər Həmidov "Azərbaycanfilm"in istehsal etdiyi "Kişi sözü" (Qasım), "Lətifə" (Əhməd), "Hacı Qara" (Kərəməli) və s. filmlərdə, "Yoxlama" (Müfəttiş) çoxseriyalı televiziya filmində maraqlı obrazlar ifa edib.
Əjdər Həmidov 2002-ci ildə respublikanın "Əməkdar artisti", 2018-ci ildə "Xalq artisti" fəxri adlarına, habelə müxtəlif illərdə Prezident mükafatlarına layiq görülüb.
Əjdər Həmidov 2020-ci il noyabrın 24-də 67 yaşında vəfat edib. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat