Bu gündən İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırıldı

Bu gündən İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırıldıBu gündən Bakıda İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
azxeber.com "Report"a istinadən xəbər verir ki, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb.
Artıq ərazidə "giriş qadağandır" nişanı da quraşdırılıb.
İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.
Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.
Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.
Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.
Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.
Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun "28 May" stansiyasının qarşısındakı meydanda davam edir.

Sosial       Tarix: 28 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Sosial şəbəkələrdə anonim hesabların artması ilə birlikdə təhqir və böhtan xarakterli paylaşımlar da daha geniş yayılmağa başlayıb. İstifadəçilər çox vaxt kimliyini gizlədərək digər şəxslərə qarşı təhqiramiz ifadələr işlədir

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıl

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub. Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsind

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

Qara qızıl ucuzlaşdı

Dünya bazarında neftin qiymətində azalma qeydə alınıb. xəbər verir ki, Londonun ICE birjasında ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin avqust ayı üzrə fyuçerslərinin qiyməti 1,78 faiz ucuzlaşaraq bi

Neft yenidən ucuzlaşdı

Dünya bazarlarında neft yenidən ucuzlaşıb. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 93,41 dollara, yüngül neftin bir barreli isə 90,16 dollara təklif edilir

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün en son xeberler xabarlar valyuta