Bu gündən sərt karantin məhdudiyyətləri qüvvəyə minir - Gürcüstanda
Bu gündən etibarən ölkə ərazisində 3 həftəlik bir sıra məhdudiyyətlər qüvvəyə minir.
Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurası qərar qəbul edib.
Aşağıda təqdim olunan məhdudiyyətlər 14 avqust tarixindən 4 sentiyabradək qüvvədə olacaq:
1. Ölkə ərazisində şəhərdaxili ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.(Bu qadağa şəhərlərarası ictimai nəqliyyata şamil edilmir);
2. Qida obyektləri yalnız saat 23:00-a qədər işləyə biləcək;
3. Tbilisidə bələdiyyə avtobusları və Tbilisi metrosu, həmçinin mikroavtobuslar və teleferiklər (kanatlar) sərnişinlərə xidmət göstərməyəcək;
4. Qapalı yerlərdə, ictimai nəqliyyatda və açıq yerlərdə, dayanacaqlarda, bazarlarda və s. 5 və ya daha çox adamın toplaşdığı hər yerdə maska taxmaq məcburi olacaq;
5. Festivallar, kütləvi tədbirlər (toylar), konsertlər və idman yarışları da qadağan edilir;
6. Uşaq əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır.
Hökumət administrasiyasından verilən məlumata görə, toy və s. kimi ictimai tədbirlərin keçirilməsi də daxil olmaqla, mövcud qaydaların yerinə yetirilməsinə nəzarət mümkün qədər gücləndirilir.
Tural Turan
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq