Bu içki kişini qadına çevirir
Rusiyalı həkim Aleksey Kovalkov bildirib ki, pivənin müntəzəm istehlakı kişi orqanizmini dəyişir və onu qadın orqanizminə bənzətməyə başlayır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, pivənin tərkibində olan maddələr kişi orqanizmində testosteronun ifrazını azaldır və əksinə qadın hormonlarının (estrogenlər) ifrazını artırır. Məsələ burasındadır ki, kişi orqanizmində çox az miqdarda olsa da qadın hormonları sintez olunur və bu hormonlar kişinin sağlamlığında vacib rol oynayır. Məsələn, beyinin fəaliyyətinə, qanda şəkərin səviyyəsinə təsir edir, sümükləri daha möhkəm edir, prostat vəzi xəstəliklərindən və o cümlədən prostat vəzi xərçəngindən qoruyur. Lakin kişi orqanizmində qadın hormonlarının ifrazı artanda bu hormonal və digər pozulmalara səbəb olur. Yeri gəlmişkən qadın orqanizmində də az miqdarda əsas kişi hormonu olan testosteron sintez olunur.
"Pivənin tərkibində fitoestrogenlər (hormonabənzər maddələr - red.) var. Onların təsirindən testosteronun səviyyəsi azalır, sonsuzluq, impotensiya inkişaf edə bilər. Bu səbəbdən bütün diyetoloqlar kişilərə qəti şəkildə pivə içməyi tövsiyə etmirlər", - Kovalkov bildirib.
Həmçinin həkim qeyd edib ki, burada pivənin miqdarı - bir və ya 10 butulka rol oynamır. Əsas təhlükə bu içkinin müntəzəm qəbulundadır.
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar