Bu ittifaq onlar üçün kabusdur - Puşkov
ABŞ, Avstraliya və Böyük Britinaya ittifaqı NATO üçün kabusdur.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov deyib.
O bildirib ki, Brüsselə yeni tərəfdaşlıq haqqında heç bir məlumat verilməyib.
Puşkovun fikrincə, birlik ölkələri gələcəkdə Avropa İttifaqı və NATO ilə əməkdaşlığa məhəl qoymayıb müstəqil hərəkət edə bilərlər: "Məsələn, Pekinlə qarşıdurma da ola bilər. Hadisələrin bu cür inkişafı Baş katib Stoltenberq və NATO bürokratiyası üçün bir kabusdur".
Qeyd edək ki, Avstraliya əvvəllər də İngiltərə və ABŞ ilə müdafiə və təhlükəsizlik mövzusunda əməkdaşlıq edib və Fransanın "Naval Group" şirkəti ilə "əsrin müqaviləsi" adlandırılan 90 milyard dollarlıq (56 milyard avro) sualtı müqaviləsindən çıxdığını elan edib. Fransa Xarici İşlər naziri Le Drian Kanverranın qərarını arxadan vurulan zərbə olaraq xarakterizə edərək, bunun Avstraliya tərəfinə olan etibarı sarsıtdığını qeyd edib. Rəsmi Paris buna görə həm Avstraliyadan, həm də ABŞ-dan açıqlama gözləyir.
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür