Bu maddə ABŞ-la Çini qarşı-qarşıya qoydu

Bu maddə ABŞ-la Çini qarşı-qarşıya qoyduABŞ-la Çin arasında rüsum müharibəsi fentanil maddəsinə görə başlayıb. Vaşinqton hesab edir ki, Çində hazırlanan və qaçaqmalçılıq yoluyla ABŞ-a daşınan fentanil maddəsi güclü və sintetik ağrıkəsici kimyəvi preparat olaraq vətəndaşların bu dərmandan asılılığını artırır. Fentanil narkotikin yaradılmasında istifadə edilən xammal sayılır. ABŞ hökuməti Çini Meksika narkokartellərinin fentanil istehsalında istifadə etdiyi prekursor kimyəvi maddələrin əsas mənbəyi kimi müəyyən edib. Pekin sənaye və qeyri-qanuni narkotik ticarəti ilə mübarizə aparmaq üçün addımlar atdığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.
Qeyd edilib ki, Vaşinqtonla Pekin arasında Bayden administrasiyası dönəmində də bu mövzuda müzakirələr gedirdi:
"Keçmiş dövlət katibi Entoni Blinken iki il əvvəl Çinə səfəri zamanı Pekinlə fentanil maddələrin Çindən ABŞ-a ixracı ilə bağlı məsələni həll etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlmişdi. ABŞ-da hakimiyyət dəyişikliyindən sonra bu məsələnin üstünə Ağ Evin yeni sahibi Donald Tramp düşdü. Tramp administrasiyası fentanilin ABŞ-a daşınmasına görə Çindən gələn mallara əlavə idxal rüsumları tətbiq etməyə qərar verdi. "Çinə gəldikdə, onlar ölkəmizə fentanil göndərirlər. Və biz buna görə yüz minlərlə insanı öldürürük" deyən Tramp Çinin buna görə əlavə rüsumlar ödəməli olacağını vurğulamışdı. Ağ Ev sahibinin fikrincə, Çində istehsal olunan fentanil maddəsi Meksika və Kanada üzərindən ABŞ-a keçirilir. Trampın bu iddialarından sonra Kanada və Meksika ABŞ-la sərhəd-keçid məntəqələrinə nəzarəti artırdı. Ancaq bu, onları Trampın rüsumları artırmaq qərarından xilas etmədi.
Dövlət katibi Marko Rubio Donald Trampla eyni fikirdədir. Rubio "Foks Nyus" kanalına müsahibəsində fentanil maddəsinin ABŞ-a gizli yollarla daşınmasını nəzərdə tutaraq, Çinə qarşı yalnız rüsumların artırılması ilə kifayətlənməyəcəklərini bildirib. Ötən ayın əvvəlindən ABŞ-ın Çin mallarına qarşı yeni tarifləri qüvvəyə minib. Çin Vaşinqtonun bu addımını cavabsız qoymayaraq öz növbəsində ABŞ idxalına qarşı tarifləri elan edib. Pekin ABŞ-ın kömür və mayeləşdirilmiş təbii qazına 15%, xam neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə isə 10% tarif tətbiq edəcəyini açıqlayıb. Tramp Çin lideri Si Szinpini "dostum" adlandırsa da, liderlər telefonla danışsalar da, iki ölkə arasındakı münasibətlər gərginləşməkdə davam edir. Bunun səbəbi, əlbəttə ki, tək fentanil maddəsi deyil…"

Siyasi       Tarix: 03 mart 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu cəbhədən görüntüleri en son xeberler zelzele