Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı
Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizmə məruz qoyulduğu və ya ilkin görkəminin dəyişdirildiyi bildirilir. Bu faktların sənədləşdirilməsi, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və abidələrimizin qorunması xüsusi əhəmiyyət daşıyır.
Bəs bu gün Qərbi Azərbaycandakı tarixi abidələrimizin vəziyyəti necədir? Onların erməni vandalizmindən qorunması və beynəlxalq səviyyədə tanıdılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında tarixçi alim Səbuhi Hüseynov bildirib ki, Ermənistan ərazisində 750-yə yaxın qəbiristanlıq, 300-dən çox məscid, həmçinin çoxlu sayda türbə, pir və ocaq mövcud olub:
"Bu məscidlər arasında günümüzə qədər gəlib çatan ən möhtəşəm abidəmiz İrəvan şəhərində yerləşən və əvvəllər Cami məscidi, sonralar isə daha çox Göy məscid adı ilə tanınan abidədir. Digər bir məscid isə Təpəbaşı məscididir. Lakin həmin məscid məhv olmaqla üz-üzədir. bu abidələrlə bağlı xüsusi monitorinq aparılır və tədqiqatlar çoxcildlik "Qərbi Azərbaycan İrsi" tədqiqat seriyasında nəşr olunur. 2025-ci ildə təqdim edilən birinci cilddə 201 müsəlman qəbiristanlığının məhv edilməsi və dağıdılması faktları sənədləşdirilmişdir. Yaxın zamanlarda işıq üzü görəcək II cilddə isə 734 qəbiristanlıqdan daha 200-nün məhv edilmə sübutları təqdim olunacaqdır. Ermənistan ərazisində abidələrin kompleks təhlili zamanı Ermənistan tərəfinin Azərbaycan mədəni irsinə qarşı bir neçə fərqli yanaşma sərgilədiyini görürük. İlk növbədə, müsəlman abidələri məhv edilir və onların torpaq sahələrinin təyinatı dəyişdirilərək müxtəlif məqsədlər üçün istifadə olunur".
Alim əlavə edib ki, sovet dövründən beynəlxalq tədqiqatlarda tanınan bəzi abidələri məhv etmək mümkün olmadıqda, onlar mənimsənilir:
"Cami (Göy) məscidinin "Fars məscidi" kimi təqdim edilməsi və İrəvan yaxınlığındakı Cəfərabad kəndində yerləşən müsəlman türbəsi buna əyani nümunədir. Digər üsul isə özününküləşdirmədir. Müsəlman abidələrini dini fərqliliklər səbəbindən birbaşa erməniləşdirə bilmədikləri üçün bu ərazidə Azərbaycan xalqına məxsus abidələr sadəcə iki üsuldan istifadə edilir. Lakin Azərbaycan mədəni irsi olan xristian Alban mədəni irs nümunələrini erməniləşdirməyə üstünlük verirlər. Bu üsulla Ermənistam ərazisinin əsasən şərq hissəsinə düşən bütün alban kilsələri erməniləşdirilərək dünya ictimaiyyətinə təqdim edilir. Həmin abidələrin qorunmasının ilk yolu bu abidələrin Azərbaycan xalqına məxsus olmasını elmi üsullarla işləyərək nəşr edilməli və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Beynəlxalq səviyyədə tanıdılmanın əsas birinci mərhələsi bu abidələrin elmi dövriyyəyə gətirilməsidir".
Aynur Babazadə
Xidmetler [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var