"Bu məsələlərin həll olunması Türkiyə iqtisadiyyatı üçün yaxşı perspektivlər vəd edir" - ÖZƏL
Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi ölkənin gələcək taleyi ilə bağlı hansı addımların atılacağı məsələsini gündəmə gətirib. Beləliklə Ərdoğan və onun komandası daha 5 il Türkiyəni idarə edəcək. Amma ölkə iqtisadiyyatında müşahidə olunan məzənnə enişləri və inflyasiya insanların gələcəklə bağlı ümidlərini xeyli azaldıb. Bütün bu pessimist fikirlərə rəğmən Ərdoğanın iqtisadi siyasəti sayəsində Türkiyənin mövcud vəziyyətinin dəyişəcəyinə inananların sayı da kifayət qədərdir. Bəs görəsən, Ərdoğanın qələbəsi Türkiyə iqtisadiyyatı üçün nə vəd edir?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli AKP-nin son 21 ildir ki, hakimiyyətdə olduğunu bildirib: "Ona görə də, Ərdoğanın təkrar seçilməsindən qeyri-adi və siyasəti kəskin dəyişdirəcək nələrisə gözləmək mənasızdır. Çünki AKP iqtisadi siyasətinə görə sağçı hökumətdir. Bu baxımdan ənənəvi siyasəti davam etdirəcəklər. Onların platformalarında və elanlarında siyasətlərini kəskin dəyişdirəcək nələrsə əks olunmayıb. Əksinə əvvəl gördükləri işi davam etdirəcəklər. Bu baxımdan Türkiyənin iqtisadi siyasətində fundamental və kəskin dəyişikliklər gözləmək doğru deyil".
Ekspertin sözlərinə görə, seçkinin bitməsi və AKP hökumətinin həm parlamentdə, həm də prezident seçkilərində mandat alması qeyri-müəyyənliyi aradan qaldırıb: "Uzun müddətdir Türkiyədə seçkilərin nəticələrində maraqlı olan qruplar həm infomasiya sahəsində, həm də maliyyə bazarlarında spekulyasiya ilə məşğul idilər. Eyni zamanda insanlar arasında da seçki ilə bağlı bir narahatçılıq vardı. Çünki hökumət investisiya və alış qərarlarını seçkidən sonraya saxlayırdı. Bu baxımdan qeyri-müəyyənliklərin aradan qalxması Türkiyə iqtisadiyyatı üçün müsbət meyllər vəd edir. Digər tərəfdən Türkiyə qaz habına çevrilsə və regionda kommunikasiyalar açılsa, o zaman bu, Türkiyə iqtisadiyyatı üçün yaxşı perspektivlər vəd edəcək".
Müşviq Tofiqoğlu,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır