Bu meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək FAYDALIDIR
Bəzi meyvə və tərəvəzlərin qabıqlı və ya qabıqsız yeyilməsi ilə bağlı mübahisələr onilliklərdir ki, davam edir. Bəziləri deyir ki, almanı qabığı ilə yemək faydalıdır, digərləri isə əksini düşünür.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məsələyə dietoloq İrina Mansurova aydınlıq gətirib.
"Meyvənin qabığı vacib elementdir. Eyni zamanda, qabığın faydasına və ya potensial zərərinə də baxmaq lazımdır", – dietoloq yerli KİV-ə müsahibəsində deyib.
Mütəxəssisin sözlərinə görə, xiyarı qabığı ilə birlikdə yemək daha yaxşıdır, çünki tərəvəzin tərkibində çoxlu lif, kalium, beta-karotin və digər faydalı maddələr var. Bunlar həzmi yaxşılaşdırır, ürəyin işinə müsbət təsir göstərir, qan laxtalanmasının qarşısını alır.
Bundan əlavə üzüm, pomidor, limon, kök, badımcan, nar və xüsusilə almanı qabığı ilə yemək faydalıdır. Belə ki, sonuncunun qabığında həll olunmayan lif, C və A vitaminləri var.
"Bütün bunlar ürəyin sağlamlığına müsbət təsir göstərir və allergik simptomları aradan qaldırmağa kömək edir. Qabığı olan alma qan şəkərini normallaşdırmağa kömək edir", – deyə Mansurova bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq bütün meyvə və tərəvəzlər qabığı ilə birlikdə istehlak edilməməlidir. O, bu siyahıya yaşılımtıl qabığı və ləkələri olan kartofu daxil edib, çünki tərkibində solanin var və hətta ölümə səbəb ola bilər.
"İstənilən halda, qabıqlı və ya qabıqsız meyvəni mütləq su ilə yaxşıca yuyun, bütün çirkləndiriciləri, eləcə də kimyəvi birləşmələri çıxarın", – deyə mütəxəssis yekunlaşdırıb.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı