"Bu Milli Məclisdə onun kimi deputatlara ehtiyac var

"Parlamentdə aktiv deputatlar demək olar ki, həmişə eyni olub. Spiker Sahiba Qafarova, Adil Əliyev, Vahid Əhmədov, Jalə Əhmədova, Əli Hüseynli, Əli Məsimli, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, rəhmətlik Qənirə Paşayeva. Bu siyahıya bir neçəsini də əlavə etmək olar, lakin bu belə demək mümkünsə, barmaqla sayılacaq qədərdir".
Bu sözləri azxeber.com-a açıqlamasında "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli VI Çağırış Milli Məclisin deputatlarının fəaliyyətindən danışarkən deyib.
Tanınmış jurnalist əlavə edib ki, VI çağırış Milli Məclisin fəaliyyətini "susqun parlament" kimi qiymətləndirmək olar:
"125 deputatın böyük hissəsi "yox" kimidir, onları nə parlamentdə, nə də mediada danışan görmüşük. Belə təəssürat yaranır ki, Milli Məclisdə kiçik bir qrup deputat işləyir, yerdə qalanların adı var, özü yox. Bu baxımdan, VI çağırış Milli Məclisin fəaliyyətini "susqun parlament" kimi qiymətləndirmək olar. Yalnız barmaqla sayılacaq qədər millət vəkili bütün parlamentin "təmsilçisi" kimi çıxış edir. Hətta, bəzi sabiq deputatlar var ki, parlamentin üzvlərindən dəfələrlə fəal oldular, onların hər gün mediada çıxışını izləyirik. Misal üçün, təkcə Çingiz Qənizadə öz aktiv fəaliyyəti ilə deputat olmaya-olmaya onlarla millət vəkilindən daha çox iş görür. Bu gün onun kimi fəal millət vəkillərinə parlamentdə ehtiyac var. Çox təəssüf edirəm ki, Çingiz Qənizadə bu dəfə deputatlığa namizədliyini irəli sürmədi".
Baş redaktor qeyd edib ki, ötən dörd ildə parlament qismən dövlət siyasətinə dəstək nümayiş etdirə bildi:
"Nəzərə alsaq ki, 44 günlük müharibədən sonra ölkədə və regionda yeni çağırışlar yaranıb, parlamentin fəaliyyətinin buna adekvat olmadığını deyə bilərik. Bu, təbii ki, qəbul edilən hal deyil. Qanunverici orqan cənab Prezident İlham Əliyevin regional və qlobal səviyyədə həyata keçirdiyi siyasətə adekvat olmalı, ən azından, bu siyasətə dəstək göstərmək gücündə olmalıdır. Təəssüf ki, VI çağırış Milli Məclis bu reallıqlara qismən cavab verə bildi, bu da məhz aktiv deputatların fəaliyyəti sayəsində. Ümumilikdə isə qeyd etdiyim kimi, sonuncu çağırış qanunverici orqan daha çox "susqun", "səssiz" parlament kimi yadda qaldı".
Mikayıl Mirzəzadə

Sosial       Tarix: 15 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün cəbhədən son dəqiqə son xəbərlər azərbaycanda metbuat xeberleri