Bu milyarderlərin sərvəti ARTDI - Siyahıda Ələkbərov da var - FOTO
"Bloomberg Billionaires Index"in məlumatlarına görə, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən martın 1-nə 10,4 milyard dollardan çox artıb.
KONKRET.az xəbər verir ki, 2023-cü ilin əvvəlindən "Lukoyl" şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərov (siyahıda 91-ci yerdədir) 2,43 milyard dollar qazanıb və sərvəti 17,8 milyard dollara çatıb.
Bildirilib ki, "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşovun (78-ci yer) sərvəti 1,54 milyard dollar artaraq 20,2 milyard dollara çatıb.
NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin (76-cı yer) sərvətini 905 milyon dollar artırıb, hazırda onun 20,8 milyard dolları var.
Məlumata görə, "Norilsk nikeli"nin rəhbəri Vladimir Potanin isə 94,2 milyon dollar itirib. Hazırda onun sərvəti 28,5 milyard dollar qiymətləndirilir.
"Novatek"in İdarə Heyətinin sədri Leonid Mixelson (54-cü) 516 milyon dollar qazanaraq sərvətini 25,1 milyard dollara çatdırıb.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu