"Bu mövzuda çox geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var"- Deputat
"Hər bir məsələ nəzarətdə saxlanılmalı, hər bir fakt üzrə aidiyyatı qurumlar qarşısında məsələ qaldırlaraq həllinə nail olunmalıdır"
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov artmaqda olan erkən nikahlarla bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə əvvəlki dövrlə müqayisədə bu məsələyə baxanda biz belə halların nisbətən azaldığını görürük.
"Ancaq yenə də problem qalıb. Xüsusən də bölgələrdə qızların təhsildən yayındırılması özünü ciddi şəkildə göstərir. Hesab edirəm ki, bu məsələ ilə bağlı çox sərt addımlar atılmalıdır. Belə hallar baş verdiyi halda bu cinayəti törədənlər çox ciddi şəkildə cəzalandırılmalıdır. Heç bir güzəşt olmamalıdır. İnsanlar bilməlidirlər ki, belə əməli törətdikləri halda onlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Ona görə də çalışmalıdırlar ki, belə əməllərdən uzaq olsunlar. İcra hakimiyyətləri yanında xüsusi komissiyalar var. Bu komissiyalar belə məsələrə çox ciddi yanaşmalıdırlar. Hər bir məsələ nəzarətdə saxlanılmalı, hər bir fakt üzrə aidiyyatı qurumlar qarşısında məsələ qaldırlaraq həllinə nail olunmalıdır. Çox geniş maarifləndirmə təbliğat işlərinin aparılmasına ehtiyac var.
Millət vəkili təklif edir ki, valideynlər və şagirdlər arasında bu nikahın zərəri, yarada biləcəyi fəsadlarla bağlı geniş təbliğat işləri aparılsın:
"Əgər bu halların qarşısı alınmayıb ciddi addımlar atılmazsa, ciddi işlər görülməzsə bu prosesin daha da artamasına gətirib çıxaracaq".
Şəbnəm Zahir

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi