Bu ölkə kütləvi qırğın silahları YARADA BİLƏR
Yaponiya yaxın bir neçə il ərzində kütləvi qırğın silahları hazırlaya bilər.
KONKRET.azxəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer "The Wall Street Journal"a müsahibəsində deyib.
Asiyada güc balansından danışan Kissincer qeyd edib ki, Çin dünya hökmranlığına deyil, təhlükəsizliyə can atır.
O hesab edir ki, ÇXR regionda dominant qüvvə olmasını gözləyir.
Keçmiş dövlət katibinin sözlərinə görə, Pekin o qədər sərt mövqe tuta bilər ki, Hindistan və Yaponiya hadisələrin məntiqinə əsaslanaraq bununla hesablaşmalı olacaq. Buna cavab olaraq Yaponiya öz kütləvi qırğın silahlarını hazırlaya bilər.
Kissincerin fikrincə, bu, üç, beş və ya yeddi il ərzində baş verə bilər.
Qeyd edək ki, mayın 27-də Kissincerin 100 yaşı tamam olur. O, ABŞ tarixində yeganə rəsmi şəxsdir ki, eyni vaxtda dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifələrində çalışıb. Kissincer Amerika diplomatiyasının patriarxı hesab olunur.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi