Bu ölkə Rusiya ilə müharibəyə başlayır? - AÇIQLAMA
Böyük Britaniya silahlı qüvvələri ölkə ərazisindəki xüsusi poliqonlarda Rusiya ilə potensial silahlı münaqişə ssenariləri üzrə intensiv hazırlıqlara başlayıb. Təlimlər üçün Ukraynadakı döyüş meydanlarını xatırladan, dağıdılmış kiçik bir şəhər mənzərəsi simulyasiya edilib. Ümumiyyətlə Britaniya son zamanlar Rusiya ilə müharibə ehtimalından çox narahat görünür və bu istiqamətdə müəyyən addımlar atır.
Böyük Britaniyanın qorxusu reallığa çevrilə bilərmi və nəyə əsaslanır? Bu təlimlər sadəcə mesaj xarakteri daşıyır, yoxsa doğrudan da müharibəyə hazırlıq gedir?
KONKRET.azxəbər verir ki, bununla bağlı Sfera.az-a fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi Böyük Britaniyanın Rusiya ilə birbaşa müharibəyə girmək ehtimalının yaxın perspektivdə aşağı olduğunu söyləyib:
"Bu baxımdan Böyük Britaniya Silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlər, nə Rusiya üçün təhlükə mənbəyi kimi qəbul edilməlidir, nə də ki, bu təlimlərin keçirilməsində məqsəd Rusiya ilə müharibə ehtimalından qaynaqlanır. Amma Rusiya və Ukrayna müharibəsi fonunda, ümumiyyətlə Avropa ölkələrində hərbi sahədə mobilizasiya işlərinin aparılması məqsədilə daha müasir dövrün tələblərinə cavab verən hərbi texnika və texnologiyaların orduda cəmləşdirilməsi müşahidə olunur. Bu səbəbdən canlı qüvvənin, bu texnologiyaların mənimsənilməsi istiqamətində, peşəkarlığın artırılması məqsədilə təlimlərin keçirilməsinə daha çox əvvəlki illərdən fərqli olaraq diqqət yetirilir. Əlbətdə ki Londondakı narahatlıq ehtiyyatlı planlaşdırma strategiyası ilə bağlıdır və bu səbəbdən keçirilən təlimlər müharibə siqnalı olaraq görülməməlidir".
Şahbazi əlavə edib ki, Britaniya NATO üzvüdür və NATO-nun 5-ci maddəsinə əsasən, Böyük Britaniya da kollektiv müdafiə prinsipləri çərçivəsində yer alır:
"Bu baxımdan da Britaniya və digər NATO ölkələrinin keçirdikləri hərbi təlimlər, deməyə əsas verir ki, Rusiya Avropada genişmiqyaslı müharibə aparmaq qabiliyyətini tam itirməyib və bu istiqamətdə təhlükələr gözlənilir. Xüsusilə də Baltik ölkələri və Şərqi Avropa daha çox riskli zonalardır. Buna görə də Avropa ölkələri ,o cümlədən Böyük Britaniya, ola biləcək ən pis ssenariyə hazırlaşır və burdakı şəhər müharibəsi təlimləri, real münaqişə ehtimalına qarşı planlaşdırmadır. Çünki Ukrayna müharibəsi zamanı belə hallar nəzəri yox, praktik təcrübə əsasında görüldü. Bu səbəbdən Britaniya hökumətinin keçirdiyi təlimlər daha çox gələcək perspektivləri əhatə edir və bu müharibə istəyi deyil. Hazırlıqsız yaxalanma riskini azaldan siyasətdir və Böyük Britaniya hazırlıqlı olmaq strategiyasını gücləndirir".
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq