Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladıTürkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb.
KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb.
Q.Türkmən gördüklərini "Azərbaycanın dövlət refleksi" adlandırıb:
"2007-ci ildə Milli Təhlükəsizlik Akademiyasının tədris proqramı çərçivəsində Azərbaycana rəsmi səfər təşkil edilmişdi. Səfərdə Türkiyə Hərbi Akademiyalarının komandan müavini də iştirak edirdi. Deyəsən, general-leytenant idi. Bakıda hava limanında bizi çox yüksək səviyyədə, xüsusi protokolla qarşıladılar.
Proqram çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavini brifinq keçirdi. O, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və Qarabağ problemi barədə danışdı. Bizim general BTC-dəki Britaniya payını nəzərdə tutaraq "Qarabağ problemini də artıq ingilislər həll edər" dedi.
İçimdən "Eyvah!" dedim. Azərbaycan nümayəndə heyəti həmin an heç bir reaksiya vermədi. Ancaq axşam yeməyinə az sayda nümayəndə qatıldı. Bizim general isə əsəbini gənc yoldaşımızı zorla şərab içməyə məcbur etməklə çıxmağa çalışdı. Bundan sonra Azərbaycan tərəfi bizə göstərdiyi diqqəti azaltdı, səfərin sonunda isə bizi soyuq yola saldılar".
Türkiyəli yazar bu hadisəni xatırladaraq, azərbaycanlıların ölkələrinə yönələn müdaxilələrə qarşı son dərəcə həssas olduqlarını vurğulayıb.
Qeyd edək ki, 1 fevral 2007-ci ildə Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Türkiyə Hərbi Akademiyalarının komandan müavini, korpus generalı Səlahəttin Uğurlunu və nümayəndə heyətini qəbul edib. Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Seyhan Ceyhan da iştirak edib. Çox güman edilir ki, Q.Türkmənin haqqında bəhs etdiyi türkiyəli general Səlahəttin Uğurludur.

Siyasi       Tarix: 30 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Putin, Finlandiya və Norveç liderləri ilə danışdı: Kreml detalları açıqladı

Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti və Norveç Baş naziri ilə telefon danışığı aparıb və tərəflər birbaşa təmasların davam etdirilməsi barədə razılığa gəliblər. KONKRET.azxəbər verir ki, Kreml tərəfində

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyini

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Məkkə və Bədr sazişlərinin ölkənin beynəlxalq təhlükəsizlik arxitekturasında fəal rol nümayiş etdirdiyini bildirib, Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın regional təhlükəsizliy

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, Memorandumu Müqəddəs Taxt-Tac adından Dinləraras

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xeberler 2026 xeber en son xeberler