Bu ölkələr hər an su müharibəsinə başlaya bilər
Efiopiyanın Hedasi su anbarı ilə bağlı fikir ayrılığı bölgədə müharibəyə səbəb ola bilər.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ərəb Su Şurasının xəbərdarlığında bildirilib.
"Misir və Sudanın su təhlükəsizliyi ərəblərin milli güvənliyinin ayrılmaz bir parçasıdır", - Su Şurasından verilən açıqlamada vurğulanıb.
Efiopiyanın fikir ayrılığına son qoymalı olduğunu bəyan edən Ərəb Su Şurası su böhranı ilə bağlı savaşın başlamasının bölgədə şiddətli və qorxulu nəticələr yaradacağını bildirib:
"Düşmən qazanmaq üçün onu susuz saxlamaqdan daha ciddi bir səbəb yoxdur".
Qeyd edək ki, Misir, Sudan və Efiopiya arasında Hedasi su anbarı ilə bağlı 10 ildir aparılan danışıqlar nəticəsiz qalıb. Belə ki, Efiopiyanın Nil çayı üzərində inşasını davam etdirdiyi su anbarını yaz aylarında ikinci dəfə dolduracağını bəyan etməsi vəziyyəti daha da gərginləşdirib. 20 milyon sudanlının susuz qalmaq təhlükəsinin olduğu deyilir.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək