Bu ölkənin Baş naziri İSTEFA VERDİ - FOTO
Malayziyanın Baş naziri Muhiddin Yassin koronavirus pandemiyasının qarşısının alınmasında hökumətin zəif fəaliyyətindən artan narazılıqlar fonunda istefa verməyə məcbur olub.
Publika.az xəbər verir ki, Baş nazir bununla bağlı müraciəti Malayziyanın Ali hökmdarına – Krala təqdim edib. Baş nazirlə birlikdə onun kabinetinin bütün üzvlərinin istefa verdiyi bildirilir.
Malayziyanın Kralı Muhiddin Yassinin istefa barədə müraciətini qəbul etsə də, hökumətin yeni başçısı seçilənədək Baş nazir funksiyalarının ona həvalə olunduğunu bildirib.
Televiziya vasitəsilə xalqa müraciət edən M.Yassin bildirib ki, parlamentin ona olan inamını itirdiyinə görə istefa verib. Həmçinin əlavə edib ki, istefanın kökündə, həm də koalisiya hökumətinin müxtəlif üzvlərinin dəstəkdən imtina etmələri dayanır.
Qeyd edək ki, ötən ilin əvvəllərində həmin vaxt hökumətə rəhbərlik edən Baş nazir Mahathir Məhəmmədin vəzifədən istefa verməsi ölkədə siyasi böhrana səbəb olub. O, həmin vaxt "Ümid alyansı" Partiyasının sədi vəzifəsini də tərk edib. Ölkədə mövcud olan ənənələrin ziddinə olaraq həmin vaxt Ali hökmdar- Kral müstəqil şəkildə Muhiddin Yassini yeni Baş nazir təyin edib.
Lakin M.Yassin bu vəzifədə xalqın əsas hissəsi tərəfindən dəstəklənmədiyinə və bir sıra səhvlərə yol verdiyinə görə böyük uğur qazana bilməyib.
Malayziya iyun ayından koronavirus pandemiyasının qarşısını almaq üçün izolyasiya şəraitində yaşayır. Hökumət həm iqtisadi fəaliyyəti, həm insanların hərəkətini sərt şəkildə məhdudlaşdırıb.
Lakin bu tədbirlər virusun yayılmasının qarşını ala bilməyib və cari ayın əvvəllərindən hər gün təqribən 20 min yoluxma halı qeydə alınıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək