Bu ölkənin prezidenti 9 May paradında İŞTİRAK ETMƏYƏCƏK
Hindistanın Baş naziri Narendra Modi bu il mayın 9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək ənənəvi Qələbə Günü hərbi paradında iştirak etməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, Hindistan hökumət başçısının Moskva səfəri gündəmdə deyil: "Baş nazir Modinin mayın 9-da Rusiyaya səfəri planlaşdırılmayıb", – deyə Peskov bildirib.
Kremlin sözçüsü əlavə edib ki, Hindistan Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirakı tamamilə nəzərə almır və parad zamanı ölkəni başqa səviyyəli rəsmi şəxs təmsil edəcək: "Biz Hindistanın tədbirdə iştirakı ilə bağlı diplomatik kanallarla əlaqə saxlamışıq. Hindistan həmin tədbirdə başqa səviyyəli nümayəndə ilə təmsil olunacaq", – deyə o qeyd edib.
Qeyd edək ki, 9 May – Qələbə Günü Rusiyada İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin rəmzi kimi qeyd olunur və hər il bu tarixdə Moskvanın Qızıl Meydanında genişmiqyaslı hərbi parad təşkil olunur. Bu tədbir həm Rusiya ictimaiyyəti, həm də beynəlxalq arenada Rusiya ilə sıx əlaqələri olan ölkələr üçün xüsusi siyasi və simvolik əhəmiyyət kəsb edir.
Narendra Modinin bu tədbirdə iştirak etməməsi iki ölkə arasında münasibətlərdə dəyişikliklə bağlı suallar doğursa da, Hindistanın nümayəndə göndərməsi tərəflər arasında diplomatik təmasların davam etdiyini göstərir.
Natiq Səlim,
KONKRET.az

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı