Bu plastik məhsullara vergi tətbiq olunacaq - YENİ QANUN
Avropa İttifaqı tullantıya çevrilən plastik məhsullar üçün vergi tətbiq etmək barədə düşünür.
Publika.az xəbər verir ki, Avropa İttifaqına daxil olan ölkələrdə tətbiq olunacaq yeni qanunla gələn gəlirlər Böyük Britaniyanın ittifaqdan ayrılmasından sonra büdcədə əmələ gələcək kəsirin bağlanmasında istifadə olunacaq.
"Financial Times"a açıqlama verən Aİ nümayəndələri 2021-ci ildə qüvvəyə minəcək 7 illik büdcə üçün müzakirələrin üzv ölkələrin plastik tullantıların yenidən emalı vergisi məsələsində razılığa gəldiyini bildirib.
Avropa İttifaqı Komissiyası 2018-ci ildə təqdim etdiyi təklifdə təkrar emal edilməyən plastik məhsullara vergi tətbiq olunmasını və buradan əldə edilən gəlirin üzv ölkələrin dövlət büdcələrinə deyil, Aİ büdcəsinə getməsini tövsiyə etmişdi.
Təkrar emal edilməyən plastik materiallardan əldə olunan gəlir 2027-ci ilə qədər 42 milyard avroya çata bilər.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək