Bu, Prezident İlham Əliyev diplomatiyasının Zəfəridir - Naqif Həmzəyev

Bu, Prezident İlham Əliyev diplomatiyasının Zəfəridir - Naqif HəmzəyevTarixi günlər yaşayırıq. Gözlədiyimiz xoş Zəfər xəbərlər ard-arda gəlir. Qazaxın 4 kəndinin bir güllə atmadan qaytarılması Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin Qələbəsidir. Azərbaycan diplomatiyasının Qələbəsidir. Bir güllə atmadan, işğal altında olan, amma anklav olmayan 4 kəndimizin geri qaytarılması ilə bağlı delimitasiya və demarkasiya komissiyalarının əldə etdiyi razılıq xəbərini böyük sevinclə qarşıladlıq. Bu, həqiqətən də Qələbədir. O deməkdir ki, mərhələli şəkildə bizim digər 4 kəndimiz də geri qaytarılacaq. Sərhədlərin koordinatlarının dəqiqləşməsi ilə yanaşı, Zəngəzur dəhlizinin və digər kommunikasiyaların da işə düşməsi məhz bu danışıqlar nəticəsində mümkün olacaq. Bu, Azərbaycanın son dövrlərdə artan gücünün və Prezident, Ali Baş Komandan İlham Əliyevin çox səbir və təmkinlə həyata keçirdiyi siyasət nəticəsində mümkün oldu.
Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi.
Deputat qeyd etdi ki, bəzi qüvvələr Azərbaycana təzyiq etmək, ölkəmizi yolundan döndərmək istəyirdilər, dövlətimizi təsir altına salmaq istəyirdilər. Ermənistanı qızışdıraraq, cəsarətləndirərək bu prosesin baş tutmasını istəməyən tərəflər var idi. Azərbaycan isə bütün təzyiqlərə baxmayaraq müstəqil siyasəti, gücü, diplomatiyası ilə qarşısına qoyduğu məqsədlərə nail olur. Rus sülhməramlılarının vaxtından öncə bizim torpaqlarımızı tərk etməsindən sonra şərti sərhədlərdə dəqiqləşdirmə ilə əlaqədar komissiyanın razılığa gəlməsi və may ayının 15-dək bu prosesin ilkin mərhələsinin yekunlaşması çox böyük bir uğurdur. Mən Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümü bildirirəm və Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, bu Zəfər müjdəli xəbərləri biz tez-tez eşidəcəyik.
Naqif Həmzəyev vurğuladı ki, regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasında əsas təşəbbüskar olan Prezident İlham Əliyev Cənubi Qafqazda stabilliyi və əmin-amanlığı tam təmin edəcək. Bütün regionumuz Azərbaycan kimi stabillik adasına çevriləckdir və qlobal məkanda baş verən münaqişələr fonunda ölkəmiz və Cənubi Qafqaz inkişaf edəcək. / azxeber.com

Sosial       Tarix: 20 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com xeberler az valyuta mezennesi banklar xəbər az