Bu qida ürək-damar xəstəliklərini artırır

Bu qida ürək-damar xəstəliklərini artırırAlimlər açıqlayıb ki, inək südü, o cümlədən yağsız süd, tərkibindəki iltihabı və hüceyrə zədələnməsini təşviq edən laktoza səbəbindən təhlükəlidir. Tədqiqatçılar qeyd edirlər ki, bu risk qadınlarda daha çox olur, çünki kişilər bu şəkəri daha yaxşı qəbul edirlər.
KONKRET.az xəbər verir ki, 101.000 insan üzərində apardığı araşdırmada qrup, gündə 400 mililitr süd içməyin koroner ürək xəstəliyi riskini 5 faiz artırdığını müəyyən edib. "Səssiz qatil" kimi tanınan xəstəlik Böyük Britaniyada 2,3 milyon insana təsir edən əsas ölüm səbəblərindən biri hesab olunur.
Araşdırmaya görə, daha çox süd içən qadınlarda ürək xəstəliyi riski artıb: gündə 600 mililitr istehlak etdikdə 12 faiz, gündə 800 mililitr istehlak etdikdə isə 21 faiz. Böyük Britaniya sakinləri orta hesabla həftədə təxminən 1,2 litr süd istehlak edirlər.
Tədqiqatçılar sağlamlığı yaxşılaşdırmaq üçün südü qatıqla əvəz etməyi məsləhət görürlər.
Tədqiqatın müəllifi Karl Mişelson, "Sağlam qidalanma ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas rol oynayır. Bizim təhlilimiz gündə 300 ml-dən çox süd istehlakı ilə koroner ürək xəstəliyi və miokard infarktı riskinin artması arasında əlaqəni təsdiqləyir, xüsusən qadınlarda, lakin kişilərdə deyil", deyə bildirib.
Alim vurğulayıb ki, qadınlar üçün artan risk südün yağlılığından asılı olmayaraq müşahidə olunur və turş olmayan südün orta dərəcədə istehlak edilən mayalanmış süd məhsulları ilə əvəzlənməsi bu riski azaltmağa kömək edə bilər.
Fermentasiya edilmiş süd məhsullarına həmçinin qatıq, ayran və xama daxildir. Britaniya Ürək Fondu deyir ki, süd yaxşı bir protein və kalsium mənbəyinə çevrilib. İnsanlar ondan tamamilə imtina etməməlidirlər, lakin kalori qəbulunu azaltmaq üçün az yağlı qidalara keçə bilərlər.Lent.az

Sağlamlıq       Tarix: 10 noyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Azərbaycan səhiyyəsi qlobal reytində son sıralardadır

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə 101 ölkə arasında 92-ci sırada qərarlaşıb. yenisabah-a istinadla xəbər verir ki, səhiyyə xidmətlərinin keyfiyyətinə dair hazırlanan reytinq siyahısında Azərbaycan 49 bal toplay

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xabar az son xeber axsam.az xeberler