Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olunPalma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl palma yağının qida məqsədilə istifadəsi və mümkün riskləri barədə fikirlərini bölüşüb.
Həkim bildirib ki, qida üçün nəzərdə tutulan palma yağının məhsulların tərkibində istifadə edilməsi özlüyündə problem deyil. Onun sözlərinə görə, əsas məsələ texniki palma yağının qida istehsalında istifadə olunması ehtimalıdır.
V. İsmayıl qeyd edib ki, palma yağı daha ucuz olduğuna görə bəzi istehsalçılar tərəfindən kərə yağı və şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Onun fikrincə, məhsulun tərkibinə palma yağı əlavə edildiyi halda bunun etiketdə göstərilməməsi istehlakçının aldadılmasıdır.
Həkim izah edib ki, texniki palma yağı ilə qida məqsədilə istifadə olunan palma yağı arasında fərq var. Qida istehsalında istifadə edilən yağın müvafiq emaldan keçməsi və tərkibindəki zərərli maddələrdən təmizlənməsi vacibdir. Bu proses əlavə xərc tələb etdiyindən qida üçün nəzərdə tutulan palma yağı texniki yağdan daha baha başa gəlir.
V. İsmayılın sözlərinə görə, palma yağının şirniyyat istehsalında istifadə edilməsinin səbəblərindən biri onun otaq temperaturunda daha bərk konsistensiyaya malik olmasıdır. Bu xüsusiyyət onu müxtəlif qənnadı məmulatlarının hazırlanması üçün əlverişli edir.
Həkim Azərbaycanda texniki palma yağının ucuz olması səbəbindən onun kərə yağı və şirniyyatların istehsalında istifadə edildiyinə dair məlumatlara inandığını bildirib.
O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini məsələni araşdırmağa, texniki palma yağının qida istehsalında istifadə edilib-edilmədiyini yoxlamağa və nəticələr barədə ictimaiyyətə şəffaf məlumat verməyə çağırıb.
V. İsmayıl hesab edir ki, araşdırmanın şəffaf aparılması əhalinin qida təhlükəsizliyinə nəzarət edən qurumlara etimadının artmasına kömək edə bilər.

Sağlamlıq       Tarix: 30 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Koronavirusla bağlı ŞOK İDDİA: İnsan orqanizmində görün nələr edirmiş

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin alimləri koronavirusla bağlı mühüm elmi qənaətə gəliblər. Məlum olub ki, virus insan orqanizminin toxumalarında illərlə qalmaq qabiliyyətinə malikdir. bildiri

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən görüntülər cəbhədən yeni xəbərlər son xabar xəbərlər.com