"Bu savaş Ukraynanı yox edəcək" – Kreml HƏDƏLƏDİ
Martın 26-da Donbas bölgəsində Rusiya tərəfindən dəstəklənən separatçıların Ukrayna ordusunu hədəf alan hücumundan sonra Moskva və Kiyev arasında artan gərginliyin isti qarşıdurmaya çevriləcəyi narahatlığı yaşanır.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Moskva bu münaqişədə Ukraynanı dəstəkləyən və Rusiyanı hədəf alan ABŞ və Avropa Birliyinin sərt açıqlamalarına eyni tonda cavab verib.
Kiyevin NATO-nu öz hava məkanında birgə patrul keçirməyə çağırması və Rusiya ordusunun Krıma minlərlə əsgər və hərbi texnika göndərməyə davam etməsi, savaş ehtimalını getdikcə gücləndirir. Nəhayət, Ukrayna Müdafiə Nazirliyinin ABŞ-ın Donbasda gərginliyin artacağı təqdirdə Kiyevi dəstəkləyəcəyini vəd etməsindən sonra Kremldən sərt açıqlama gəlib. Kremldən verilən açıqlamada istənilən hərbi həmləyə adekvat cavab verəcəkləri bildirilib.
"Belə bir ssenarinin reallaşması, ABŞ hərbi qüvvələrinin Ukraynaya göndərilməsi, Rusiya sərhədləri yaxınlığında gərginliyin artmasına səbəb olacaq. Əlbəttə bu vəziyyət Rusiya tərəfini təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur edir", - açıqlamada qeyd olunub.
Açıqlamada Donbasdakı vəziyyət "qorxunc" adlandırılıb.
Rusiya Xarici işlər naziri Sergey Lavrov da ABŞ və Qərb ölkələrini gərginliyə təhrik etməkdə ittiham edib: "Ümid edirəm ki, ABŞ başda olmaqla Qərb tərəfindən təhrik edilən siyasətçilər hərbi qüvvələri təxribata çəkməyəcək. Donbasda yeni müharibə başlatmağa çalışanlar Ukraynanı məhv edəcəklər. Putin bunu bu yaxınlarda dedi və hələ də qüvvədədir".
Bölgədəki gərginliyin isti qarşıdurmanın astanasına gəldikdən sonra, Kiyev Ukrayna hava sahəsinin NATO tərəfindən qorumaq üçün təklif verib. Ukraynadan göndərilən təklifdə NATO-nun Rusiyanın təcavüzkar münasibətinə qarşı siyasi reaksiyasının vacib olduğu bildirilib. Rusiya qoşunlarının Ukrayna sərhədində cəmləşdiyi və NATO ilə təşkil ediləcək birgə hava patrullarının bölgənin sabitliyini təmin etmək üçün vacib olduğu qeyd edilib.
Bu yaxınlarda sosial media və Ukrayna mətbuatında yer alan məlumatlara görə, Rusiyanın 2014-cü ildə işğal etdiyi Donbas bölgəsinə 4 min hərbi qüvvədən ibarət 28 batalyon göndərdiyi ortaya çıxıb. Rusiyanın Krım və digər istiqamətlərdə Ukrayna sərhədinə göndərdiyi hərbi daşınmalarla bağlı da sosial mediada bir çox görüntü paylaşılıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər