"Bu şəhərdə"nin konserti təxirə salınıb
"Bu şəhərdə" komandasının Sumqayıtda planlaşdırılan konserti təxirə salınıb.
Open. az xəbər verir ki, bu haqda komandanın prodüseri Müşviq Abbasov məlumat yayıb.
O bildirib ki, sənətçilərə çıxış üçün icazə verilməyib: "Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si "Bu şəhərdə"nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.
Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə"yə Sumqayıtda icazə vermədilər". /open.az

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
Neft ucuzlaşdı
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Emmanuel Addaininin yeni klubu bəlli oldu
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Bakıda ağır qəza: ölən var
Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA
8 kiloqrama yaxın narkotikin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı
Kanalda batan 33 yaşlı şəxsin meyiti tapıldı - Foto
Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA
Aygün Kazımova "DreamFest"ə tərzi ilə damğa vurdu