Bu şəxslərə hər ay 1000 manatadək mükafat veriləcək
Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə elmi fəaliyyətlərinə görə hər ay 1000 manatadək mükafat veriləcək və artıq prosesə başlanılıb.
azxeber.com xəbər verir ki, bu vəsait Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara ödənilir.
Qeyd edilib ki, bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır. Mükafatlandırma beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün də əhəmiyyətli bir vasitə kimi nəzərdə tutulur.
Mükafatlandırma prosesinin əsasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış "Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası" dayanır. Bu metodologiya 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilərə əsaslanır və bu dövr ərzində "Scopus" bazasında ən çox elmi işi dərc olunan 500 müəllifin göstəriciləri təhlil edilib.
Beynəlxalq təcrübədə də geniş istifadə olunan bu metodologiya, alimlərin fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Oxşar yanaşmalar, "Quacquarelli Symonds (QS)", "Times Higher Education (THE)", və "Shanghai Ranking (ARWU)" kimi beynəlxalq reytinq təşkilatları və elmi tədqiqatçılar tərəfindən istifadə olunur.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat