Bu şəxslərə pensiya verilməsi dayandırılacaq
Azərbaycanda vətəndaşlara təyin olunmuş əmək pensiyalarının yalnız müəyyən hallarda dayandırılması və ya ləğv edilməsi mümkündür. Bu, əsasən pensiya təyinatı zamanı qanunvericiliyin tələblərinin pozulması aşkarlandıqda həyata keçirilir.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov pensiya təyinatı zamanı müəyyən edilmiş qaydaların pozulduğu halda bu ödənişlərin dayandırılmasının mümkün olduğunu bildirib.
"Ölkədə əmək pensiyalarının üç əsas növü mövcuddur: yaşa görə, əlilliyə görə və valideynlərini itirməyə görə əmək pensiyası. Yaşa görə əmək pensiyası alan şəxslərin ödənişləri ləğv edilmir, yalnız qanun pozuntusu aşkarlandığı hallarda artıq ödənilmiş məbləğlər geri qaytarılır.
Əlilliyə və valideynlərini itirməyə görə təyin olunan pensiyalar isə qanunvericiliyə uyğun olaraq tənzimlənir. Əgər pensiya təyinatı zamanı müəyyən edilmiş qaydalar pozulubsa, bu ödənişlərin dayandırılması mümkündür", - deputat bildirib.
Millət vəkili həmçinin vurğulayıb ki, pensiya sisteminin şəffaflığı və qanunvericiliyə uyğunluğunun təmin olunması üçün müvafiq yoxlamalar mütəmadi olaraq aparılır.
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam