"Bu, taleyin hədiyyəsidir və Ermənistan bundan yararlanmalıdır" - Vahe Hovhannisyan
"Dünya dəyişikliklər astanasındadır. Qafqazda da yeni reallıqlar yaranıb və bölgənin yenidən şəkilləndirilməsi prosesi gedir. Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi də həmin prosesin bir hissəsidir".
KONKRET.az xəbər verir ki, bu sözləri "Alternativ layihələr" qrupunun rəhbəri Vahe Hovhannisyan bildirib.
O bildirib ki, 2024-cü il bölgəmizdə regionun bütün ölkələrinin nəzərə almalı olduğu yeni reallıqlar yaranıb:
"Bu, ilk növbədə inkişaf üçün yeni perspektivlər açır. Bu gün Ermənistanda nə hakimiyyət, nə də müxalifət bu il yanvarın 1-dən BRİKS-in Ermənistanla praktiki olaraq həmsərhəd olmasından danışmır. İran bu ölkələr qrupunun yeni üzvü olub və bu, bizim strateji müttəfiqlərimizin olduğu qrupdur – potensial tərəfdaşlar qrupu. Zəngəzur məsələsini bağlamaq və BRİKS-in maliyyə imkanlarından istifadə edərək bölgədə və bütün Ermənistanda infrastruktur layihələrinin həyata keçirilməsinə nail ola bilərik. Üstəlik, bu il BRİKS-ə Rusiya sədrlik edir. Ermənistan isə Aİİ-yə sədrlik edir. Bu, taleyin hədiyyəsidir və Ermənistanın bu gün hava və su kimi ehtiyac duyduğu cəsarətli layihələri həyata keçirmək üçün yaxşı fürsətdir. BRİKS bütün obyektiv hesablamalara görə, dünya iqtisadiyyatının perspektivli qurumudur. Deməli, o, əməkdaşlığın inkişaf etdirilməsi zəruri olan ən mühüm siyasi və güc mərkəzidir. Avrasiya İttifaqı çərçivəsində biz də ağıllı işləməliyik. Hamı ilə mübahisə etməməli, yeni, qarşılıqlı faydalı layihələrə şərait yaratmalıyıq".
Natiq Səlim,
KONKRET.az

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı