Bu tarixədək Bakı Metropolitenində yeni TARİFLƏR TƏSDİQLƏNƏCƏK

Bu tarixədək Bakı Metropolitenində yeni TARİFLƏR TƏSDİQLƏNƏCƏK"Bakı Metropoliteni" QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov bir sıra mühüm sualları cavablandırıb.
KONKRET.az AZƏRTAC-a həmin müsahibəninin bir hissəsini təqdim edir.
Metropoliten artıq bir stansiyada QR bilet ödəmə sisteminin tətbiqinə başlayıb. Tam olaraq nə zaman bütün stansiyalarda yeni tətbiqə keçiləcək?
– Bilirsiniz, hər bir yeni sistem bizim mövcud ödəniş aparatlarımıza, yəni, turniketlərimizə uyğunlaşdırılmalı və ya ona uyğun quraşdırılmalıdır. 2019-cu ildə əsas işlər, demək olar ki, yekunlaşdırılmışdı. 2020-ci ildə iki stansiyada texniki sınaq işləri də uğurla aparılmışdı. Lakin pandemiya dövründə obyektiv səbəblərdən işlər təxirə salındı. Bu isə kifayət qədər texniki araşdırma tələb edir. Burada risk yerüstü və digər nəqliyyat növlərindən daha çoxdur. Təsəvvür edin ki, bizim əsas stansiyalarımıza gün ərzində on minlərlə sərnişin daxil olur. Bir stansiyada bir turniketdə problemin yaşanması yetər ki, böyük narazılıq yaransın. Buna görə bu məsələdə tələskənliyə yol vermək olmaz. Üstəlik, metropolitendə olan turniketlər də bir neçə sistemi əhatə edir və texniki cəhətdən fərqlənir. Bənövşəyi xətdə işlər davam edir, Yaşıl və Qırmızı xətlərdə isə mərhələ ilə bu sistemin tətbiqinə başlamışıq. Tələsməməyimizin əsas səbəbi mümkün texniki natamamlığın olmamasıdır. Təsəvvür edin ki, sərnişini sıx olan stansiyalarda kiçik bir problemin olması yetər ki, sərnişin narazılığı və ümumən, bu sistemə münasibət mənfi olaraq formalaşsın. Şəhər nəqliyyat sistemində bu layihəni həyata keçirən icraçı təşkilat əsas işləri bu il tamamlayacaq. Gələn ilin ilk rübündə bütün stansiyalarda olan ümumən 500-dən artıq turniketdə QR bilet sistemi tam tətbiq olunacaq. Bundan əlavə, artıq digər münasib ödəmə üsullarının tətbiqi də reallıqdır. Gələn il bu istiqamətdə də xəbərləri eşidəcəksiniz. Bunun üzərində fəal iş aparılır.
– Adətən açıqlamalarda bildirilir ki, metropolitendə sərnişinlər üçün tətbiq edilən tarif qurumun xərclərini ödəməyə bəs etmir. Hazırda bir sərnişinin daşınması neçəyə başa gəlir və xərclərin qarşılanması üçün maliyyə vəsaiti necə formalaşır?
– 2023-cü ildə tariflərə də yenidən baxıldı və bir gediş haqqı 40 qəpiyə təyin olundu. Əsasən pandemiya dövrünün təsirləri sözünü dedi. Metropolitenin isə ən əsas gəliri məhz sərnişindaşımadandır. Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil. Həm də o da sirr deyil ki, metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur.
Bunlara rəğmən gördüyümüz yeniliklər və optimallaşma tədbirləri, ən mühüm də sərnişinin sayının artması sayəsində 2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi. Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu.
Pandemiya təchizatla bağlı məhsulların da qiymətinə təsir edib. Məsələn, ağac şpalların qiyməti, demək olar, iki dəfə artıb. Doğrudur, pandemiya vaxtı da bir sıra yeniləşmə və optimallaşma işləri, həmçinin mümkün qənaətə nail olundu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi. Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub. Lakin qeyd edim ki, metropolitenin son iki il üçün maliyyə hesabatı müstəqil auditin yoxlamasındadır. Normativ tələblərə uyğun olaraq, bu rəy alındıqdan sonra hesabatlar dərc olunacaq, bir sərnişinin neçəyə və nə üçün qeyd edilən qiymətə başa gəldiyini hesabatda daha əyani görəcəksiniz.
– Metro stansiyalarında yayımlanan reklamlar xərclərin təxminən neçə faizini əhatə edir?
– Bu barədə qeyd etdim. Sualınız çox maraqlı və doğru qoyulub. İndi deyəcəyim rəqəm isə hər şeyi əyani göstərəcək. 2022-ci ildə metropolitendə olan reklamlardan əldə edilən gəlir bütün gəlirlərin cəmi 3 faizini təşkil edir. Bu isə reklam gəlirlərinin daim qeyd etdiyimiz kimi, metropolitenin sərnişindaşımadan əldə etdiyi gəlirlərlə müqayisədə elə də böyük rəqəm olmadığını bir daha əyani göstərir. Onu da əlavə edim ki, müxtəlif ekspertlər metropolitendə reklam siyasətinin düzgün qurulduğu qənaətindədir.
Reklamın növləri çox ola bilər, lakin onun tətbiqi və səmərəsi arasında bu, özünü əyani göstərməlidir. Bu səbəbdən bazar öyrənilərək ən münasib qiymətlər və texniki imkanlardan istifadə olunur. Son dövrlərdə siz metropolitendə bu istiqamətdə vizual yayım imkanlarından istifadə edilməsinin genişləndiyini də müşahidə edə bilərsiniz. Bu, məhz artan dövrü tələbatla bağlıdır. Ümumən pandemiya məhdudiyyətlərindən sonra metropoliten bu istiqamətdə də müəyyən müsbət tendensiyalar həddinə çatmağa yaxınlaşıb.
– Ümumiyyətlə, metropoliten yaxın müddətdə qiymət artımı ilə bağlı müraciət edibmi, etməyibsə, bunu planlaşdırırmı?
– Bu il sentyabrın 2-də Prezident İlham Əliyev "Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb. Bu sənədlə "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib. Edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir.
Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq. Qeyd edə bilərəm ki, haqqında söz açdığım Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Bakı Metropoliteni" QSC ilə də gərgin iş aparır.

Sosial       Tarix: 01 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber ən son xəbərlər kriminal xəbər.az