Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı

Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı Ağcabədi xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi başlanılıb.
Bu barədə azxeber.com-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, "Ağcabədi Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin həkimləri barəsində rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla həmin tibb müəssisəsinin əməliyyat bölməsinin müdiri Həbib Məmmədov və reanimasiya şöbəsinin müdiri Ruhəngiz Kərimbəylinin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək göstərdikləri qüsurlu tibbi xidmət nəticəsində ehtiyatsızlıqdan Qırımxan Qasımovun ölümünə səbəb olmalarına, həmçinin Həbib Məmmədovun cinayət məsuliyyətindən azad olmaq məqsədilə iş üzrə şahidi pulla ələ almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Həbib Məmmədova Cinayət Məcəlləsinin 299.1 (şahidin yalan ifadə verməsi məqsədi ilə onu pulla ələ alma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Ruhəngiz Kərimbəyliyə isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Sosial       Tarix: 09 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef

​Yay aylarında bu balıqları yeməyin

Sağlam və balanslı qidalanmanın əsas şərtlərindən biri olan balıq, tərkibindəki omeqa-3, vitamin və minerallarla hər fəsildə süfrələrimizin bəzəyinə çevrilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yay aylarında dəniz suyunu

60 yaşlı kişi kanalda batdı

Ağdaş sakini kanalda boğularaq ölüb. Hadisə iyunun 17-si saat 10 radələrində rayonun Qarağan Şıxlar kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Zahir Zakirov kəndin ərazisindən keçən Şirvan su kanalına düşüb. Z.Zakirovu

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı v

Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. xəbər verir ki, 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətil

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü

Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb. xəbər verir ki, "Comex" birjasını


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər cəbhədən xəbərlər krminal bu gun en son xeberler bu gun