Büdcədən vəsait ayrıldı - Maaş və pensiyalarla bağlı müjdə

Büdcədən vəsait ayrıldı - Maaş və pensiyalarla bağlı müjdəHazırkı reallıqlar göstərir ki, Azərbaycanın II Qarabağ müharibəsindəki qələbəsini, ərazi bütövlüyümüz və süverenliyimizin təmin edilməsini həzm edə bilməyən qüvvələr tərəfindən ölkəmizə qarşı təzyiq və riyakarlıqlar davam etməkdədir.
Bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarına yeni nəfəs vermək cəhdləri açıq-aydın görünür. Ona görə Ermənistanın öz havadarlarının təhriki ilə son vaxtlar geniş vüsət alan genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən əlavə cavab tədbirlərinin görülməsi üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılacağı gözlənilən idi.
KONKRET.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsindəki qələbəmizin nəticələrini qoruyub saxlamaq başlıca vəzifədir:
"Eyni zamanda ölkəmizin inkişafı, xalqımızın bundan sonra da təhlükəsiz həyatını təmin etməkdən ötrü zəruri addımların atılması labüddür. Məhz bu kontekstdə hərbi gücümüzün artırılması və təhlükəsizlik məsələsi prioritet məsələlər sırasında olacaq: "Sözsüz ki, 2025-ci il dövlət büdcəsinin layihəsində sosial sahədə artımların olması da gözlənilir. Artıq gələn ilin dövlət büdcəsi zərfi Milli Məclisə göndərilib. 2025-ci il dövlət büdcəsi zərfinin Milli Məclisə daxil olan variantı əsasında sosial sahədə artırımların necə olacağını proqnozlaşdırmaq mümkündür. Artımların konkret əhatə dairəsini detallaşdırılmış şəkildə büdcə sənədlərini təhlil etdikdən sonra söyləmək doğru olar".
Millət vəkili Maliyyə Nazirliyi tərəfindən 2025-ci il dövlət büdcəsi layihəsinin ilkin variantının açıqlandığını bildirib:
"Gələn ilin dövlət büdcəsində sosial müdafiə və təminat üzrə xərclər üçün 4 milyard 998 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Yeni variantda isə sosial müdafiə və təminat xərcləri 4 milyard 812 milyon manat göstərilib".
Əli Məsimli hələlik minimum əməkhaqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün olmadığını söyləyib:
"Amma sözügedən ümumi rəqəmlərdən çıxış edərək demək olar ki, həmin miqdarda vəsait minimum əməkhaqqı, pensiya, müavinətlər sahəsində böyük artımlar həyata keçirmək üçün yetərli deyil və məbləğ artırılmalıdır".

Sosial       Tarix: 19 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber azerbaycan son xeber bugun axsam.az xeberler valyuta mezennesi 2026