Bulvarda yeni attraksionlar quraşdırılacaq
Dərs ilinin başa çatmasına sayılı günlər qalıb. Məktəblilər yay tətilinə buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan biri isə Dənizkənarı Bulvar, buradakı attraksionlardır.
Lakin bir müddətdir ki, bulvar ərazisində bəzi attraksionların fəaliyyəti dayandırılıb, bir neçə attraksion sökülüb.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, bulvar ərazisindən yığışdırılan attraksionlar köhnəlmişdi, müasir tələblərə cavab vermirdi.
"Köhnəlmiş attraksionların yığışdırılması həm də insanların təhlükəsizliyi baxımından vacib idi. Onlar yeni nəsil attraksionlarla əvəzlənəcək. Artıq yeniləri sifariş olunub. İlkin mərhələdə onların bir neçəsini ilin sonuna qədər bulvarda görmək mümkün olacaq", - deyə Ə.Mehdiyeva bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır