Bundestaqa seçkilərdə sosial-demokratlar qalib gəldi
Bundestaqa seçkilərdə Almaniya Sosial-Demokrat partiyası (ASDP) qalib gəlib, XDİ/XSİ bloku isə öz tarixi ərzində ən aşağı nəticə göstərərək ikinci yerlə kifayətlənməli olub.
Publika.az Almaniyanın ZDF telekanalına istinadla xəbər verir ki, bütün dairələrdə səslər sayıldıqdan sonra ASDP-nin 25,7 faiz, XDİ/XSİ blokunun 24,1 faiz səs topladığı məlum olub. Üçüncü yerə 14,8 faiz səslə "yaşıllar", dördüncü yerə 11,5 faiz səslə Azad Demokrat partiyası, beşinci yerə isə 10,3 faiz səslə "Almaniya üçün alternativ" partiyası çıxıb. Almaniyada bundestaqa seçkilər dünən keçirilib. Hazırkı kansler, XDİ-nin sabiq lideri Angela Merkel seçkilərdə iştirak etməyib. Hakim koalisiya formalaşdıqdan və yeni kansler təyin olunduqdan sonra Merkel vəzifəsini tərk edəcək. Kansler postuna əsas namizədlər ASDP-dən Olaf Şolts və XDİ/XSİ blokundan Armin Laşetdir.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür