"Bura qız arxasınca gəlirsən?" - Elgünün qətlinin TƏFƏRRÜATI

Tərtərdə 21 yaşlı gənci öldürən 18 yaşlı məktəblinin məhkəmə prosesi başa çatıb.
azxeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Qurbanlını bıçaqlayaraq qətlə yetirən 2004-cü il təvəllüdlü İlkin Nəzərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il fevralın 23-də baş verib.
Hadisənin baş verməsinə gəlincə, təqsirləndirilən şəxs məhkmədə ifadəsində bildirib ki, hadisə günü sevdiyi qızı hazırlıqdan götürərək onun evlərində doğru hərəkət ediblər. Bu zaman İlkin qızın kefinin olmadığını görüb və bunun səbəbini soruşub. Aysu (ad şərtidir) heç nəyin olmadığını desə də, İlkin səbəbi öyrənməkdə israrlı olub. Bundan sonra Aysu Elgün adlı oğlanın ona söz atdığını, nalayiq ifadələr işlətdiyini bildirib.
İlkin Aysunu evə ötürdükdən sonra əvvəllər qiyabi tanıdığı, üzdən kim olduğunu bilmədiyi Elgün Qurbanlı İlkin Nəzərova yaxınlaşıb. O, İlkinə "Bura qız arxasınca gəlirsən? Bir də bu ərazidən keçmə, sənin üçün yaxşı olmaz" deyib.
Buna baxmayaraq, İlkin Elgünün sözlərinə əhəmiyyət verməyib. O, yalnız söhbət zamanı sevdiyi qıza söz atanın məhz Elgün olduğunu anlayıb. Tərəflər yolda söhbət edərkən Elgün İlkinə yumruq zərbəsi endirib, ona qarşı nalayiq ifadələr işlədib. Mübahisə zamanı İlkin cibindən çıxardığı bıçaqla Elgünün qarın nahiyəsinə iki bıçaq zərbəsi endirib.
Elgün bu zaman aldığı xəsarətləri görərək gəldikləri istiqamətə qaçmağa başlayıb, İlkin isə ərazidən uzaqlaşıb.
Elgün evə çatan zaman atasının həyətdə oturduğunu görüb həyəcanlı səslə "ata, məni vurdular" deyib və dizlərini yerə qoyub. Atası maşınla yaralı oğlunu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıb. Orada oğluna ilkin tibbi yardım göstərilsə də, cərrahiyyə şöbəsinin həkimi olmadığı üçün oğlunu Bərdə Rayon Diaqnostika Xəstəxanasına aparmaq qərarına gəlib. Bu zaman maşında texniki nasazlıq yaranıb və Tərtər şəhərinin "Köhnə Avtovağzal" deyilən ərazisində maşını saxlayıb taksiylə yollarına davam ediblər. İş burasındadır ki, xəstəxananın qarşısına çatan zaman taksinin də benzini qurtarıb və onlar yola başqa bir taksi ilə davam ediblər.
Bərdə Rayon Diaqnostika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Elgün Qurbanlı bir neçə saat sonra dünyasını dəyişib. İlkin Nəzərov isə tutularaq istintaqa təhvil verilib.
Əlavə edək ki, qətli törədən İlkin Nəzərov Tərtər şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Sosial       Tarix: 30 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xeber saytlari cebheden xeber son xeberler bugun 2026 canli