"Burada başqa xalq yaşayıb, bizi bu ərazilərə ruslar köçürüb" - Arşakyan Rusiyaya QƏZƏB PÜSKÜRDÜ
" class="imgbcode" />Ermənistanda siyasi qüvvələr arasındakı fikir ayrılıqları artıq gərginlik fazasına qədəm qoyub. Düşmən ölkədə Rusiya tərəfdarları ilə antiRusiya kampaniyası aparan qüvvələr arasında siyasi mübarizə kəskinləşib.
Moskvanı ittiham etmək ritorikasını seçənlərin qənaətincə, ölkələrinin utancverici duruma düşməsinin əsas günahkarı Rusiyadır. Hətta öz keçmiş müttəfiqlərini Cənubi Qafqazda erməni vilayəti yaratmaqda ittiham edənlər də var. Keçmiş deputat, siyasi xadim Azad Arşakyan hesab edir ki, 19-cu əsrdə Rusiya Cənubi Qafqazda erməni vilayətini də öz maraqları naminə yaradıb:
"İndi ruslar bizə deyirlər ki, Ermənistanı biz yaratmışıq və bizim ölkəni özlərinin forpostu adlandlırırlar. İndi biz də etiraf etməliyik ki, Rusiyanın işğalçı ordusu İrəvan xanlığını işğal edərək bu ərazilərə erməniləri köçürməyə başlayıb. Onlar dünyanın müxtəlif nöqtələrindən erməniləri bu ərazilərə gətiriblər. Əsasən Osmanlı imperiyasında yaşayan erməniləri İrəvan xanlığının ərazilərinə köçürməklə burada "Erməni vilayəti", daha sonra isə İrəvan quberniyasını yaradıblar. Ona görə də ruslar deyirlər ki, ermənilər həyatları boyu Rusiyaya minnətdar olmalıdırlar. Bəli, bizdən əvvəl İrəvan xanlığı ərazisində başqa xalq yaşayıb, ermənilər bu əraziyə sonradan gəliblər. Ruslar buranı yalnız öz maraqları naminə erməniləşdiriblər. Ruslar bu ərazilərdən Yaxın Şərqə, oradan isə Hind okeanına quru yolu əldə ediblər".
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı