Burun polipləri və onların müalicəsi...

Burun polipləri və onların müalicəsi...Burun polipləri burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir. Həmin patologiya poliplər böyüyüb nəfəsalmada problem törədəndə aşkar edilir. Poliplərin böyüməsi bir neçə mərhələdə gedir. İlkin mərhələdə ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini bağlayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam bağlayır, nəticədə burunla tənəffüs tam pozulur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə həkim-otolarinqoloq Gülyaz Kazımova məlumat verib.
Onun dediyinə görə, burun tənəffüsünün pozulması tez-tez soyuqdəymələrin, virus və bakterial infeksiyaların baş verməsinə səbəb olur, bundan başqa həmin xəstələr xoruldamağa başlayır: "Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə, gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları, xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir. Xəstəliyin yaranmasına səbəb olan amillər xroniki rinit, frontit, haymorit kimi iltihabi ocaqların olması kimi xroniki infeksiyaları, polinoz, allergik rinit kimi yuxarı tənəffüs yolları xəstəlikləri, ekoloji amillər və burun çəpərinin əyriliyi ola bilər".
Xəstəliyin müalicəsi bir neçə cərrahi üsulla aradan qaldırılır, lakin onun əməliyyatsız müalicəsi də var. Bunlardan ən geniş yayılanı duz və bitki dəmləmələri ilə aparılan inhalyasiyalardır ki, selikli qişanı irin, infeksiya və allergenlərdən təmizləyir, ödəmi və şişkinliyi azaldır.
Poliplərin müalicəsində tətbiq edilən sadə müalicə üsulları barədə danışan həkim-otolorinqoloq bir neçə resept də verib: "Burun boşluğunun yuyulması üçün dəniz suyundan istifadə olunması daha yaxşıdır. Dəniz suyu olmadıqda 1 stəkan ilıq suda 2 çay qaşığı dəniz duzu həll edilir və gündə 2-3 dəfə burun boşluğu yuyulur. Müalicə yodlu-duzlu sudan istifadə etməklə də aparılır. 1 çay qaşığı xörək duzu 1 stəkan ilıq suda həll edilir, üzərinə 3 damcı yod məhlulu əlavə olunur. Alınan məhlul gündə iki dəfə buruna çəkilir. Prosedurdan sonra poliplər yoda batırılmış pambıq tamponla silinir. Daha bir müalicə üsulu ballı yağın tətbiqi ilə aparılır. 1 kiloqram təbii bala 1 kiloqram əridilmiş kərə yağı əlavə olunur və ocağın üzərinə qoyulub 1,5-2 saat vam ocaqda qarışdırılaraq qızdırılır. Yağla bal ayrılmayanda məhlul hazır hesab olunur, soyuduqdan sonra şüşə qaba tökülür və soyuducuya qoyulur. Hər səhər acqarına 1 xörək qaşığı qəbul edilir".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 iqtisadiyyat xeberleri bugun son xəbərlər azərbaycanda meherremlik 2026