Buta'nın ləğv edilməsinin gerçək səbəbi: 'AZAL oktyabrdan qiymətləri daha da artıracaq'

Buta'nın ləğv edilməsinin gerçək səbəbi: 'AZAL oktyabrdan qiymətləri daha da artıracaq'Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" vahid brend altında birləşəcək.
Məlumata görə, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.
Buta'nın ləğv edilməsinin gerçək səbəbi: 'AZAL oktyabrdan qiymətləri daha da artıracaq'Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, AZAL-ın indiyə qədərki fəaliyyəti Azərbaycan cəmiyyəti üçün faydalı sayıla bilməz:
"Bir brend altında birləşmənin hansı avantajları olacaq? İlk növbədə bunu müəyyən etmək lazımdır. Çünki cəmiyyətdə AZAL-a kifayət qədər dövlət büdcəsindən vəsaitlərin ayrılması, amma heç bir dəyişikliyin olmaması ilə bağlı rəy var. Ümid edək ki, "Buta"nın ləğv edilərək AZAL-a birləşdirilməsi daha çox vətəndaşa xidmət edəcək. Əgər vətəndaşa xidmət etsə məsələyə müsbət yanaşmaq olar".
Buta'nın ləğv edilməsinin gerçək səbəbi: 'AZAL oktyabrdan qiymətləri daha da artıracaq'azxeber.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, oktyabr ayından eyni istiqamətlər üzrə daha baha qiymətlər görə bilərik:
"Əslində "Buta" şirkəti AZAL-ın törəmə şirkətidir. Formal olaraq ayrı şirkət kimi fəaliyyət göstərsə də, real olaraq AZAL tərəfindən idarə olunurdu. Ona görə də ciddi bir dəyişikliyin olduğunu düşünmürəm. Səbəbləri ilə bağlı rəsmi məlumat yetərincə deyil. AZAL rəsmiləri niyə bu qərarı aldıqlarını izah etməlidirlər. Ancaq kənardan vəziyyət çox pis görünür. Azərbaycanın yeganə formal olaraq lou-kost şirkəti "Buta" var idi. Guya ucuz qiymətlərlə insanlara xidmət göstərirdi. Onun belə ləğv olunması, AZAL brendi adı altında uçuşların daha baha qiymətə satılmasına gətirib çıxaracaq.  Çünki AZAL-ın indiki açıqlamasından belə görünür. Xidmətinin daha keyfiyyətli olduğunu, uçuş zamanı isti yeməklər verdiyini, daha çox baqaj qəbul etdiyini nəzər aldığını vurğulayıb. Bunların heç biri "Buta"da yox idi".
Ekspertin fikrincə, heç "Buta"da da qiymətlər ucuz deyildi:
"Ancaq eyni istiqamətlərdə "Buta" AZAL-a nisbətən daha ucuz uçurdu. İstər Türkiyə, istərsə də, Gürcüstan istiqamətində.  Birləşəndən sonra bu istiqamətlər üzrə qiymətlərin artması gözlənilir. Çox güman ki, biz oktyabr ayından eyni istiqamətlər üzrə daha baha qiymətlər görəcəyik. Bu da ölkə üçün heç də yaxşı bir hal deyil. Əksinə, biz illərdir çağırış edirik ki, ölkədə daha çox lou-kost şirkətlər olsun, hava məkanı açılsın".
Şəbnəm Zahir

Sosial       Tarix: 29 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi