"Bütün kartlar açılıb, Gürcüstan hakimiyyəti bu ssenariyə hazır olmalıdır" - İLGİNC AÇIQLAMA

Gürcüstanda səsvermə bitsə də, seçki hələ bitməyib. Qonşu ölkədə seçkinin nəticəsinə qarşı keçirilən etirazlar və təkrar seçki tələbinin irəli sürülməsi belə deməyə əsas verir. Görünən odur ki, Qərb öz caynağını Gürcüstandan və Cənubi Qafqazdan çəkmək istəmir. Amma qoca Avropanın buna nə dərəcədə nail olub-olmayacağı sual altındadır. Ümumiyyətlə, Gürcüstandakı proseslər nə ilə nəticələnə bilər?
Mövzunu "KONKRET.az"a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Gürcüstan hakimiyyəti ilə "Qərb"in problemi xüsusilə iki məsələyə görə yaranıb:
"Bunlardan birincisi Xarici Agentlər Haqqında qanun layihəsinin qəbul edilməsi idi. Hansı ki, bu, Qərbin Gürcüstanda, həm də Gürcüstan üzərindən regionda formalaşdırdığı şəbəkəni ifşa etdi. Bu şəbəkə bir çox halda Konstitusiya quruluşuna qarşı kənar müdaxilələri həyata keçirirdi. Gürcüstan hakimiyyəti bunun qarşısını aldı. İkincisi, LGBT hüquqlarının təmin edilməsi məsələsidir. Bu iki məsələyə baxdıqda "Gürcü Arzusu"nun məqsədinin heç də iddia edildiyi kimi Rusiya ilə yaxınlıq, yaxud Avropaya inteqrasiyadan imtina deyil. Onlar sırf milli-siyasi xətti davam etdirmək istəyirlər. Bu da gürcü xalqının maraqlarına tam uyğundur. Qərb buna görə, seçkilərin nəticələrinə qarşı çıxır. Qələbənin qazanılması o deməkdir ki, hakim partiya bu məsələlərin həllinə böyük ölçüdə nail olub. Bundan sonra gürcü müxalifəti prosesi bloklamağa çalışsa da, Gürcüstan qanunvericiliyinə əsasən parlament fəaliyyətə başlayacaq və hökuməti formalaşdıra biləcəklər. Çünki 150 yerlik parlamentdə 76 deputatın iştirakı tam legitimlik deməkdir. Buna hüquqi baxımdan heç bir müdaxilə edə bilməzlər. Bu, Qərbin Gürcüstanda və Gürcüstan üzərindən Cənubi Qafqazda yürütmək istədiyi dağıdıcı siyasətin sübutu kimi dəyərləndirilə bilər. Bu siyasəti nə gürcü xalqı, nə də region dövlətləri qəbul edirdi. Çünki Qərbin siyasəti regionda stabilliyi pozmağa yönəlib. Bunun qarşısı böyük ölçüdə alındı".
Ekspertin sözlərinə görə, bundan sonra müəyyən etiraz aksiyası keçirilsə də, hüquqi baxımdan nəticələri ləğv etmək mümkün deyil:
"Hesab edirəm ki, müəyyən ixtişaşların törədilməsi ehtimalları da ola bilər. Amma gürcü müxalifəti indiyədək aksiyalar keçirib və həmin etirazlar hakimiyyəti dəyişmək gücündə olmayıb. Digər tərəfdən, bütün kartlar açılıb və Gürcüstan hakimiyyəti baş verə biləcək təxribatlara qarşı daha tədbirli davranır. Bu baxımdan rəngli inqilab ssenarisi tətbiq edilərsə, bunun qarşısını almaq imkanları da mövcuddur".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 29 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu gun xəbərlər son xeberler 2026 cəbhədən xəbərlər