Türkiyəli nazir Azərbaycanla bağlı şərti açıqladı
Azərbaycan razılıq verərsə, Türkiyə, Azərbaycan və Ermənistan nəqliyyat nazirlərinin üçtərəfli görüşü təşkil edilə bilər.
azxeber.com xəbər verir ki, bu barədə Türkiyə nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu APA-nın Türkiyə bürosuna açıqlamasında bildirib.
Abdülkadir Uraloğlu vurğulayıb ki, üçtərəfli görüşün keçirilməsi tamamilə Azərbaycanın mövqeyindən asılıdır: "Biz Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tez-tez görüşürük. Ermənistanın nəqliyyat naziri ilə də bir neçə dəfə görüşlərimiz olub. Üçtərəfli görüşün keçirilməsi yalnız Azərbaycanın razılığı ilə mümkündür. Razılıq olarsa, biz buna tam hazırıq, çünki Azərbaycanın mövqeyi bizim üçün böyük əhəmiyyət daşıyır".
Nazir əlavə edib ki, Zəngəzur dəhlizi üçün hazırlıqlar yüksək səviyyədədir və Azərbaycanla kifayət qədər koordinasiyalı iş aparılıb:
"Sülh prosesi tam şəkildə həyata keçdikdən sonra nə etməli olduğumuzu əvvəlcədən planlaşdırmışıq. Bütün hazırlıqlarımız var. Keçmişdə birgə həyata keçirdiyimiz kifayət qədər layihələr mövcuddur, buna görə də onları yenidən həyata keçirməyə ehtiyac qalmayacaq".
Lent.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib