Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil: Devalvasiya olacaq, manat isə

Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil: Devalvasiya olacaq, manat isəİqtisadiyyat naziri Mikayıl Cabbarov "Dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı son 5 ildə devalvasiya ilə bağlı risklərin müşahidə olunmadığını bildirib. Lakin bazarda dollarlaşma meylinin hələ də qalması bu sabitliyin nə dərəcədə davamlı olduğu barədə suallar doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, nazirin bəyanatı hökumətin makroiqtisadi sabitliyə inamını ifadə edir və bu, əsasən üç amilə söykənir:
Cabbarovun başımızın altına qoyduğu yastıq yumşaq deyil: Devalvasiya olacaq, manat isə"Birincisi, Azərbaycanın Mərkəzi Bankı və Dövlət Neft Fondunun birgə valyuta ehtiyatları 82 milyard dollara yaxındır ki, bu da milli valyutanın dayanıqlığı üçün ciddi təminat sayılır.
İkincisi, neft və qaz ixracında müəyyən azalma olsa da, qiymətlərin yüksək qalması ixracın azalmasını kompensasiya edir və valyuta daxilolmalarını sabit saxlayır.
Üçüncüsü, xarici borc ÜDM-ə nisbəti 10 faizdən azdır ki, bu da makroiqtisadi riskləri azaldır".
Ekspertin sözlərinə görə, bu göstəricilər qısa və orta müddətdə texniki devalvasiya ehtimalını zəif göstərir. Bununla belə, son iki ildə dollara tələbatın təxminən üç dəfə artması potensial risk kimi qiymətləndirilə bilər.
"2015-ci ilin ikiqat devalvasiyası cəmiyyətdə dərin iz buraxıb. İnsanlar hələ də manatın uzunmüddətli sabitliyinə tam etibar etmir. Üstəlik, iqtisadiyyatın böyük hissəsi – enerji, tikinti və xammal bazarları dollarla qiymətləndirilən sektorlarla bağlıdır. Əmanət faizlərinin azalması da insanları dollar saxlamağa sövq edir. Üstəlik, maliyyə bazarının dərin olmaması, manatla uzunmüddətli və gəlirli alətlərin azlığı da bu prosesi gücləndirir," – deyə Nəsirli vurğulayıb.
Ekspert əlavə edib ki, hazırda devalvasiya riski aşağı olsa da, tam sıfır deyil. O, riskin artmasına səbəb ola biləcək dörd əsas amili də sadalayıb:
Qlobal neft qiymətlərinin uzunmüddətli enməsi (40 dollar səviyyəsinə qədər);
Xarici ticarət balansında mənfi saldonun yaranması;
Dövlət xərclərinin və idxalın artması nəticəsində valyutaya tələbin çoxalması;
Regional siyasi gərginliklərdən qaynaqlanan psixoloji təzyiqlər.
"Hazırda bu amillər aktiv deyil, amma uzunmüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsi zəif qaldıqca, manatın dayaqları əsasən neft gəlirlərinə bağlı olacaq. Əsl sabitlik yalnız iqtisadi strukturun diversifikasiyası və manatla gəlir gətirən aktivlərin artması ilə təmin oluna bilər. Yəni baş nazir Mikayıl Cabbarovun başımızın altına qoyduğu yastıq o qədər də yumşaq deyil,  iqtisadiyyatda ciddi islahatlara ehtiyac var," – iqtisadçı əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 06 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler beynelxalq bank mezenne cəbhədən şad xəbər en son xeberler